Yüksək gəlirli kənd təsərrüfatı müəssisələri satışa çıxarıldı - QİYMƏTLƏR
Dəyərindən xeyli aşağı qiymətə təklif edilirAğsu, Kürdəmir və Beyləqan rayonlarında fəaliyyət göstərən yüksək gəlirli istehsal sahələri satışa qoyulub. Marja xəbər verir ki, pivot suvarma sistemi altında olan yüksək münbitliyə malik torpaq sahələri və işlək taxıl elevator kompleksi bazar dəyərindən xeyli aşağı qiymətə təklif edilir.
Ağsu rayonu, Ləngəbiz kəndi
376 hektar torpaq sahəsi 3.2 milyon manata təklif edilir və real alıcıya endirimə də hazır olduğu bildirilir. Bonitet balı 65-80 olan torpaq sahəsində münbitləşdirmə işləri aparılıb. 7 pivot sistemi, nasosxana və su hovuzu tikilib, yol, elektrik enerjisi kimi infrastrukturla təmin edilib. Torpağın qarğıdalı məhsuldarlığı hektara 13 ton, buğda məhsuldarlığı 6 tondur.
Kürdəmir rayonu, Karrar kəndi
138 hektar torpaq sahəsi 1.2 milyon manata satılır. Mərkəzi İpək Yola yaxın bu torpaq sahəsində də pivot suvarma sistemləri, nasosxana və su kollektorları qurulub. Elektrik enerjisi, yol infrastrukturu, nəzarət məntəqələri ilə təmin olunub. Təsərrüfatın taxıl bitkiləri məhsuldarlığında yüksək göstəricilərə malikdir.
Beyləqan rayonunda anbar kompleksləri
6 hektara yaxın sahəni əhatə edən 2 anbar kompleksi 3.5 milyon manata təklif edilir. Bu kompleksdə tam işlək vəziyyətdə olan 5000 m3 tutumlu müasir soyuducu anbarlar və son texnologiyalarla tikilmiş 21 min ton tutumlu silo taxıl anbarları, eləcə də, dənli bitkilərin ön təmizlənmə və qurutma avadanlıqları mövcuddur. Kompleksə 1250 m2 sahəsi olan quru beton döşəməli anbar da daxildir. Soyuducu anbarlar ilboyu müştərilər tərəfindən istifadə olunur.
Torpaq sahələri və istehsal obyektləri xüsusi mülkiyyətdir. Maraqlananlar 0502012015 nömrəli telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Ağsu rayonu, Ləngəbiz kəndində yerləşən biznesdən görüntülər



Kürdəmir rayonu, Karrar kəndində yerləşən biznesdən görüntülər



Beyləqan rayonunda anbar kompleksləri





Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
23 d. əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
-
55 d. əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 saat əvvəl
-
3 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
3 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Ən çox oxunanlar
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti















.jpg)












