“PAŞA Bank”dan Sahibkarlar Günü münasibətilə eksklüziv kampaniya!
7 aprel - 10 may 2025-ci il tarixlərində onlayn biznes kredit məhsulu üzrə illik faiz dərəcəsinə 2% endirim (10%-dən başlayaraq) təklif olunur.(®) Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” 25 aprel Sahibkarlar Günü münasibətilə kiçik və orta biznes sahibləri (KOS) üçün xüsusi kampaniya təqdim edir.
Bank, maliyyə əlçatanlığını artırmaq və sahibkarlara daha sərfəli şərtlərlə maliyyə dəstəyi göstərmək məqsədilə 7 aprel - 10 may 2025-ci il tarixlərində onlayn biznes kredit məhsulu üzrə illik faiz dərəcəsinə 2% endirim (10%-dən başlayaraq) təklif edir. Qeyd edək ki, onlayn biznes kredit müraciəti təsdiq olunduqda, 250 000 AZN-ə qədər vəsait 2 saat* ərzində sahibkarın hesabına köçürülür. Üstəlik, heç bir girov tələb olunmur. Ən əsası isə, bu kreditdən yararlanmaq üçün bank hesabı açmağa ehtiyac yoxdur.
“PAŞA Bank” qeyri-bank müştəriləri üçün də əlverişli imkanlar yaradır. Kampaniya çərçivəsində bank müştərisi olmayan sahibkarlar bank hesabı açmadan da rahat və sürətli şəkildə onlayn biznes krediti üçün müraciət edə bilərlər.
Sahibkarlar Günü münasibətilə biznesinizi böyütmək və yeni imkanlar əldə etmək üçün “PAŞA Bank”ın təqdim etdiyi bu fürsətdən yararlanmaq üçün linkə keçid edin.
“PAŞA Bank”ın təqdim etdiyi bütün kredit məhsulları rəqəmsaldır və KOS müştəriləri, fiziki sənəd təqdim etmədən, Bankın filiallarına getmədən tamamilə onlayn şəkildə müraciət edə bilərlər. Bu rahat və sürətli proses sahibkarlara bizneslərini daha çevik və effektiv şəkildə idarə etməyə imkan verir.
Qeyd edək ki, “PAŞA Bank” 2025-ci ildə real sektorun və biznesin dayanıqlı inkişafına verdiyi töhfələrə görə “International Investor” beynəlxalq nəşri tərəfindən “Azərbaycanın ən yaxşı bankı” elan edilib.
*Şərtlər tətbiq ediləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
14 d. əvvəl
Regionun ən iri Batareya Saxlanc Sistemlərinin gətirilərək qurulmasına başlanıldı
-
31 d. əvvəl
Qızılda 2026 ssenariləri: İri banklar ən azı 7 faiz artım gözləyir
-
-
38 d. əvvəl
Qazaxıstan BTC üzrə neft tədarükünü 2,2 milyon tona çatdırmağı planlaşdırır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 4 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qızılda 2026 ssenariləri: İri banklar ən azı 7 faiz artım gözləyir
Rəsmi məzənnələr açıqlandı
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Ən çox oxunanlar
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc

























.jpg)
