2004-2008-ci illərdə istehsal edilmiş avtomobillər daha böyük təhlükə mənbəyidir
Ötən il Azərbaycanda ən çox sığorta hadisəsi isə 2004-2008-ci illərdə istehsal edilmiş nəqliyyat vasitələrinin iştirakı ilə qeydə alınıb.Azərbaycanda ötən il bağlanmış sığorta müqavilərinin və baş vermiş sığorta hadisələrinin sayına görə ən yüksək göstərici bazar ertəsi gününə təsadüf edib.
Bunu İcbari Sığorta Bürosunun baş informasiya meneceri Anar Səmədov Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.
Bundan başqa, onun sözlərinə görə, ötən il ən çox sığorta müqaviləsi 2009-2013-cü illərdə istehsal edilmiş nəqliyyat vasitələri üzrə bağlanıb və xüsusi çəkisi 23 % təşkil edib. Ən çox sığorta hadisəsi isə 2004-2008-ci illərdə istehsal edilmiş nəqliyyat vasitələrinin iştirakı ilə qeydə alınıb.
"Avtonəqliyyat vasitələrinin istehsal ilinə görə digər statistik göstəricilərə baxsaq, orta sığorta haqqı üzrə ən yüksək göstərici 1999-2003-cü illərdə istehsal edilmiş nəqliyyat vasitələrinə aid olub və 91 manat təşkil edib. Orta sığorta ödənişi üzrə ən yüksək göstərici isə 1993-cü ildən əvvəl istehsal edilmiş nəqliyyat vasitələrinə aid olub. Sığortalıların yaş qrupları üzrə statistikası isə göstərir ki, yaşı 36-50 arasında olanların bağladığı müqavilələrin sayı daha çoxdur və hadisələrin sayı da bu yaş qrupunda daha yüksəkdir. Zərər məbləğinə gəldikdə isə ən çox ödənilən zərər məbləği kateqoriyası 1 000 manatdan aşağı olan hissəyə aiddir. Bölgələr üzrə statistikaya baxsaq, ən çox hadisə Abşeron, Sumqayıt və Bakı şəhərlərinin payına düşüb" - deyə o qeyd edib.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 21 d. əvvəl
-
-
52 d. əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 saat əvvəl
-
3 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
4 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti























.jpg)




