Yaşayış minimumunun 2026-cı ildə 300 manat olacağı proqnozlaşdırılır
“2023-cü ildə yaşayış minimumu 246 manat, bu il 270 manat idi. 2025-ci ildə bu rəqəm 285 manat, 2026-cı ildə isə 300 manat olacağı proqnozlaşdırılır".
Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə keçirilən iclasında İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov deyib.
O bildirib ki, bu artımlar hər il ardıcıl olaraq 16-20 manat olaraq davam edəcək: "2023-cü ildə pensiyaçılar üçün yaşayış minimumu 199 manat olub, 2028-ci ildə bu rəqəmin 260 manata çatdırılması gözlənilir. Uşaqlar üçün yaşayış minimumu gələn il 246 manata çatdırılacaq. 2026-2028-ci illər üçün proqnozlar növbəti illərin inflyasiya göstəricilərinə uyğun yenidən nəzərdən keçiriləcək.
2023-cü ildə 345 manat olan minimum əməkhaqqı 2024-cü ildə də saxlanmışdı. Gələn il isə minimum əməkhaqqının 400 manat olması proqnozlaşdırılır. Ölkə üzrə yaşayış minimumunun əməkhaqqına nisbəti 120 %-in üzərindədir".
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
3 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

























