"Bu il 187 milyon manatlıq maliyyə pozuntusu aşkarlanıb"
2024-cü ilin 8 ayı ərzində başa çatdırılmış kənar dövlət maliyyə nəzarəti (KDMN) tədbirləri ilə uyğunluq predmetləri üzrə cəmi 186,9 mln. manat maliyyə pozuntusu aşkarlanmışdır.
Marja.az xəbər verir ki, bunu “Auditor xidməti haqqında” Qanunun 30 illiyinə həsr olunmuş “Yaşıl iqtisadiyyat zəminində hesabatlılıq və şəffaflıq” mövzusunda keçirilən beynəlxalq konfransda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxışı zamanı bildirib.
BO qeyd edib ki, bundan büdcəyə zərər 64,5 mln. manat, digər pozuntuların məbləği isə 122,4 mln. manat olmuşdur. Hesablanmış büdcəyə zərər məbləğindən 48,9 mln. manatın bərpası, eləcə də əvəzləşdirilməsi üzrə Hesablama Palatasının Kollegiyası tərəfindən təkliflər verilmişdir. Hüquq-mühafizə orqanlarına göndərilən materiallar üzrə ehtimal olunan pozuntu məbləği təxminən 8,0 mln. manatdır. Bərpası haqqında qərar verilməyən məbləğin təqribən 7,6 mln. manatı isə sosial xarakterli ödənişlərlə bağlı olmuşdur.
Vüqar Gülməmmədov əlavə edib ki. dövlət maliyyəsinin hesabatlılığının yaxşılaşdırılmasına xidmət edən addımlardan biri də maliyyə hesabatlarının auditi nəticəsində müəyyən edilmiş təhriflər üzrə düzəlişlərin aparılmasıdır. 2024-cü ilin 8 aylıq yekunlarına görə əvvəlki ildə müəyyən edilmiş təhriflərin 200,0 mln. manatdan çoxu üzrə düzəlişlər edilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)







