Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Dünən axşam ABŞ-da statistik məlumatların proqnozların altında dərc olunması və Avrozonada iqtisadi göstəricilərin müsbət açıqlanması fonunda dollar major valyutalar qarşısında bir qədər ucuzlaşıb. Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə məzənnəsi) 0.07% azalaraq 103.77 bənd təşkil edib.
Amerika Təchizat İdarəetmə İnstitutunun (ISM) məlumatlarına əsasən, fevral ayında ölkədə Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi yanvar ayı ilə müqayisədə 53.4 bənd səviyyəsindən 52.6 bənd səviyyəsinədək enib. Analitiklər 53 bənd səviyyəsinədək eniş proqnozlaşdırmışdılar.
Həmçinin, yekun qiymətləndirməyə əsasən, Avrozonada Sənaye və Xidmət sektorlarında Kompozit Biznes Aktivliyi İndeksi (PMI) fevralda 47.9 bənddən 49.2 bəndədək yüksəlib, bu da proqnoz olunan 48.9 bənd səviyyəsinin üzərində olub. Avrozonada İstehsal Qiymətləri İndeksi (PPI) yanvar ayında illik ifadədə -8.6%, aylıq ifadədə isə -0.9% təşkil edib. Analitiklər göstəricilərin müvafiq olaraq -8.1% və -0.1% səviyyələrində dərc olunacaqlarını proqnoz etmişdılər.
Bugün səhər saatlarında Amerika Neft İnstitutunun (API) ölkədə kommersiya məqsədli neft ehtiyatlarının ehtimal olunandan daha az artması ilə bağlı məlumatlarının dərcindən sonra, dünya bazarlarında neft qiymətləri bahalaşır. “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 0.2% artaraq bir barrel üçün 82.2$, “WTI” markalı neftin aprel fyuçerslərinin qiyməti isə 0.24% artaraq bir barrel üçün 78.34$ təşkil ediblər. Qeyd edək ki, API ABŞ-ın kommersiya məqsədli neft ehtiyatlarının martın 1-də bitən həftədə 0.4 milyon barrel artdığını bildirib. ABŞ-ın Energetika Nazirliyinin rəsmi statistikası çərşənbə günü açıqlanacaq. Ölkənin kommersiya məqsədli neft ehtiyatlarının 2.1 milyon barrel artdığı proqnozlaşdırılır.
Eləcə də, bugün səhər qızılın qiyməti, ardıcıl altı ticarət sessiyasını artımla bitirdikdən sonra, bir qədər ucuzlaşıb. Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçerslərinin qiyməti 7.2$ və ya 0.33% ucuzlaşaraq, 1 troya unsiyası üçün 2134.7$, gümüşün may fyuçerslərinin qiyməti isə 0.55% ucuzlaşaraq bir unsiya üçün 23.852$ təşkil edib. Qeyd etmək lazımdır ki, öncəki altı gün ərzində dəyərli metalın qiyməti 5.6% artıb. Bundan əlavə, çərşənbə axşamı qızıl 2150.5$ həddinə qədər bahalaşaraq, yeni tarixi rekorda yaxınlaşıb.
Bugün investorların diqqət mərkəzində olacaq əsas hadisələr Kanada Mərkəzi Bankının faiz qərarı və “JOLTS” tərəfindən dərc olunan Boş İş Yerləri Hesabatıdır. Həmçinin "ADP" tərəfindən açıqlanan Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayındakı dəyişikliklər göstəricisi də investorların maraqla gözlədikləri xəbərlərdən biridir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
6 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 6 saat əvvəl
-
-
6 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
6 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
10 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb


























