“Vətəndaşlar yaxşı pul qazanacaqlar”
“Balakən rayonunda qazlaşdırma 100 faiz səviyyəsindədir. Biz hələ ki, heç ölkə üzrə bu səviyyəyə çatmamışıq. Ölkə üzrə qazlaşdırmanın səviyyəsi 93 faizdir, Balakəndə isə 100 faiz. Elektrik enerjisi ilə bağlı problemlər həllini tapır, kənd yolları salınır. Biz artıq bu gün növbəti kənd yolu layihəsinin açılışını qeyd etdik. Növbəti illərdə digər kəndlərə də yollar salınacaq”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Balakəndə “ABAD Mərkəz”in açılışında deyib.
“Siz yaxşı bilirsiniz ki, zəlzələdən sonra Azərbaycan dövləti zərərçəkmiş vətəndaşlara öz maddi yardımını göstərdi, 7 mindən çox fərdi ev ancaq Balakən rayonunda dövlət hesabına tikilmişdir, 2 mindən çox ev əsaslı təmir edilmişdir. Yəni, bu, hesab edirəm ki, bir göstəricidir. Çünki ağır vəziyyətə düşən soydaşlarımızın problemlərinin həlli üçün dövlət öz dəstəyini əsirgəmədi və bu gün Balakən rayonunda sosial-iqtisadi inkişaf yaxşı səviyyədədir. “ABAD Mərkəz”in yaradılması da bunun bariz nümunəsidir. Bu, sayca ikinci “ABAD Mərkəz”dir. Birincisi Masallıda yaradılıb, ikinci isə Balakən rayonunda. Bu mərkəzin fəaliyyəti nəticəsində minlərlə insan işlə təmin olunacaq, özünüməşğulluq proqramı sürətlə icra ediləcək. Mən bu barədə artıq bütün müvafiq tapşırıqları vermişəm ki, növbəti illərdə özünüməşğulluq proqramı Azərbaycanda geniş vüsət almalıdır, dövlət isə, öz növbəsində, bu şəraiti yaradır. Mənə verilən məlumata görə, Balakən rayonunda vətəndaşlara 12 konteyner təqdim edilib və o konteynerlərdə indi artıq məhsul istehsal olunur. Bax, bu mürəbbələr sizin məhsulunuzdur, gözəl qablaşdırılıb və həm daxili bazara çıxarılır, həm də xarici bazarlara çıxarılacaq”, - dövlət başçısı əlavə edib.
Prezident paketlənmiş quru xurma məhsulunun xarici bazarlara çox böyük çıxış imkanının olduğunu vurğulayıb:
“Eyni zamanda, bu gün mənə daha bir gözəl layihə haqqında məruzə edildi, əvvəllər də məruzə edilmişdi. Bu, indi sizin gördüyünüz paketlənmiş quru xurma məhsuludur ki, bunun da xarici bazarlara çox böyük çıxış imkanı var və indi bir çox ölkələrdən sifarişlər verilib. Bu istehsal geniş vüsət alacaq və nəinki Balakən rayonunun, bütün ətraf rayonların xurması, yəni, bazara çıxarılmayan xurma məhsulu buraya gətiriləcək, emal olunacaq və belə gözəl şəkildə xaricə ixrac ediləcək. Vətəndaşlar yaxşı pul qazanacaqlar, ölkəmizə valyuta gələcək və eyni zamanda, bu, xurma istehsalının inkişafına növbəti təkan verəcəkdir.
Ona görə “ABAD Mərkəz”in yaradılması Azərbaycanda sosial xidmətlər sahəsində aparılan islahatların nəticəsidir. Bilirsiniz ki, bir neçə il əvvəl Azərbaycanda “ASAN xidmət” mərkəzləri yaradıldı. İndi bu mərkəzlərə 16 milyon 500 min müraciət olunmuşdur. Növbəti mərhələdə “ASAN Kommunal” və “ABAD” ailə biznesinə dəstək mərkəzlərinin, - ikinci mərkəz burada açılır, - əlbəttə ki, sahibkarlığın, qeyri-neft sektorunun inkişafına çox böyük müsbət təsiri olacaq və Balakən rayonunun sosial-iqtisadi inkişafı, ixrac potensialı böyük dərəcədə artacaq.
İndi siz yaxşı bilirsiniz ki, biz ölkəmiz üçün ənənəvi olan kənd təsərrüfatı sahələrini bərpa edirik. Bu bölgənin imkanları, iqlim şəraiti və ənənələri nəzərə alınır. Bölgədə çox geniş vüsət alan sahələr fındıqçılıqla, baramaçılıqla, tütünçülüklə bağlıdır. Siz – burada yaşayan insanlar yaxşı görürsünüz ki, son bir-iki il ərzində bu sahədə çox böyük artım var və bu, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına birbaşa müsbət təsir göstərir. Bir il ərzində Balakən rayonunda 2 min 200 hektarda yeni fındıq bağları salınıb və bağların sahəsi 7 min hektara çatıbdır. Ancaq növbəti illərdə əlavə minimum 3 min hektarda fındıq bağları salınacaq və bütün bunlar dövlət hesabına olan məsələlərdir. Yəni, dövlət lazım olan tingləri gətirir, suvarma işlərini təşkil edir, kəndlilərə şərait yaradır ki, onlar bu ağaclara qulluq edərək öz maddi vəziyyətlərini daha da yaxşılaşdırsınlar və xaricə valyuta gətirən məhsullar çıxara bilsinlər”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























