“STP Global Cable” şirkətinin ixracı kəskin artıb
“STP Global Cable” şirkəti məhsullarının ixracı üçün ABŞ-ın bir neçə şirkətilə danışıqlar aparır.İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına əsasən 2023-cü il yanvar-noyabr aylarında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərinin reytinq cədvəlində STP Şirkətlər Qrupunun “STP Global Cable” şirkəti yüksək nəticələr nümayiş etdirib. Belə ki, ötən ilin eyni dövri ilə müqayisədə ixracat dövriyyəsi 123% artıb.
Şirkətdən Marja.az-a verilən məlumata görə, buna səbəb 2023-cü il ərzində ixrac olunan ölkələrin sayının artması, yeni layihələrin imzalanmasıdır. Hal-hazırda ixrac həyata keçirilən ölkələr sırasında Tacikistan, Qazaxıstan, Ukrayna, Türkmənistan, Rusiya, Gürcüstan, Türkiyə, Belarus və Rumıniya yer alır.
"Onu da qeyd edək ki, hal-hazırda ABŞ-da bir neçə şirkət ilə danışıqlar aparılır və artıq sözügedən şirkətlərin tələblərinə cavab verən sertifikatların alınması prosesi başlayıb", - Şirkətdən bildirilib.
Məlumat üçün xatırladaq ki, “STP Global Cable” şirkəti STP Şirkətlər Qrupunun ən iri müəssisəsidir. 300 kateqoriyada və 28 000 çeşiddə kabel, mis və alüminium çubuqlarının eləcədə neft quyu nasoslar üçün nəzərdə tutulan kabellərin istehsalını həyata keçirir. Dünyada, damarın 3000mm² qədər en kəsiyi olan və 500 kV-luq kabel istehsal edən, azsaylı istehsalçılardan biri, regionda isə optik kabelin yeganə istehsalçısıdır. Ölkədə müasir tipli, daxildə və xaricdə quraşdırılan ödəniş terminalları, məlumat və növbə köşkləri istehsal edən yeganə müəssisədir. Eləcədə şirkətdə dizel generatorları, kabel kanalları, elektrik yuvaları istehsal olunur və müxtəlif növ metalların sinklənmə xidməti göstərilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 saat əvvəl
- 18 saat əvvəl
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
50 hərrac, 127,1 milyon manatlıq ödəniş
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti




















.jpg)


.jpg)
