Azər Türk Bankdan fərdi sahibkarlara töhfə
Biznes nümayəndələri üçün sərfəli yenilik. ATB POS tətbiqi istifadəyə verilib. POS-terminal almaq əvəzinə, telefon ilə təmassız ödənişləri qəbul edə bilərsiniz(®) Dövlət bankı Azər Türk Bank öz fəaliyyətinin zamanın tələbinə, müasir dünyanın meyarlarına tam uyğunlaşdırılması istiqamətində daim fəal iş aparır.
Bankın son dövrdə ərsəyə gətirdiyi ekosistem, yenilənən xidmət şəbəkəsi vasitəsilə, Azərbaycanda tələb oluna biləcək ən müasir sistemləri və məhsulları təqdim etməyə imkan verir.
Bu günlərdə Bank biznesə daha geniş və əlverişli imkanların təqdim edilməsi məqsədilə, əhali arasında populyarlaşan nağdsız və təmassız ödənişlərin qəbulunu həyata keçirən yeni ATB POS tətbiqini öz müştərilərinin ixtiyarına vermişdir.
Bu tətbiq ənənəvi POS terminalların imkanlarını özündə ehtiva etməklə Android mobil cihazları vasitəsilə istənilən yerdə və zamanda təmassız ödənişlərin qəbuluna imkan yaradır.
Qeyd edək ki, ATB POS bütün vergi ödəyiciləri üçün nəzərdə tutulsa da, kiçik biznes nümayəndələrinə daha sərfəlidir.
ATB POS tətbiqini Google Play vasitəsilə heç bir ödəniş etmədən yükləmək olar.
Qeyd edək ki, bu tətbiqi Azər Türk Bank və rəqəmsal ödənişlər sahəsində dünya lideri olan Visa ilə birgə ərsəyə gətirmişlər.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)









.jpg)








