"Expressbank" maliyyə nəticələrini açıqladı
"Expressbank" ASC 2023-cü ilin birinci yarısı üzrə (yanvar-iyun) üzrə maliyyə nəticələrini açıqlayıb.
"Expressbank"ın yaydığı press-relizdə bildirilir ki, Bank 2023-cü ilin birinci yarısını 6.3 mln. manat xalis mənfəət ilə tamamlayıb. Bankın aktivləri isə 490 mln. manata çatıb.
Kredit portfelində artım
Ötən ilin sonu ilə müqayisədə Bankın kredit portfelinin həcmi 18% artaraq, 350.55 mln. manat olub. Artım həm istehlak, həm də biznes kreditlərində müşahidə edilib.
Belə ki:
istehlak kreditləri 10% artım ilə 175.34 mln. manat;
biznes kreditləri isə 9.8% artım ilə 105.19 mln. manat təşkil edib.
Faiz və qeyri-faiz gəlirləri üzrə artım
Kredit portfelindəki müsbət dinamika faiz gəlirlərinə də təsir göstərib. Bankın faiz gəlirləri 14.4% artaraq, 26.95 mln. manata yüksəlib. Qeyri-faiz gəlirləri isə 9.2 mln. manata çatıb.
Depozit portfelinin həcmində artım
Cari ilin ikinci rübü üzrə depozit portfelinin həcmi 196.04 mln. manata yüksəlib. Portfelin 155.45 mln. manatını fiziki şəxslərin Banka yatırdığı əmanətlər və cari hesablar təşkil edib.
Qeyd edək ki, Expressbank ASC beynəlxalq reytinq agentliyi “Fitch Ratings” tərəfindən “B” səviyyəli “stabil” proqnozu ilə təsdiqlənib. Bu reytinq ölkə bankları sırasında yüksək nəticələrdən hesab edilir.
Expressbank Bakı və regionlarda 15 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















.jpg)





