Amerikalıların sərvəti 148,8 trilyon dollara çatıb
ABŞ-da ev təsərrüfatlarının xalis sərvəti bu ilin birinci rübündə 2 faiz artaraq 148,8 trilyon dollara çatıb.ABŞ Federal Ehtiyat Sistemi (FED) yanvar-mart dövrü üçün "ABŞ-ın Maliyyə Hesabları" hesabatını dərc edib.
Marja hesabata istinadən xəbər verir ki, bu ilin birinci rübündə ölkədəki ev təsərrüfatlarının xalis sərvəti 148,8 trilyon dollar olaraq qeydə alınıb.
İlin birinci rübündə əvvəlki rüblə müqayisədə 2% artan ev təsərrüfatlarının sərvəti, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2,5% azalıb.
ABŞ-da ev təsərrüfatlarının xalis sərvəti keçən ilin birinci rübündə rekord həddə - 152,6 trilyon dollara çatdıqdan sonra ikinci rübdə 147,2 trilyon dollara, üçüncü rübdə isə 144,2 trilyon dollara qədər azalmışdı. Amerikalıların sərvəti ilin son rübündə 145,8 trilyon dollar təşkil etmişdi.
Bu ilin birinci rübündə səhmlərin dəyəri 2,4 trilyon dollar artıb, daşınmaz əmlakın dəyəri isə 600 milyard dollar azalıb.
Amerikanın ev təsərrüfatlarının borcunun artımı bu ilin birinci rübündə 3,3 faizdən 2,2 faizə enib.
Sözügedən dövrdə istehlak kreditləri 4,3 faiz, ipoteka (mənzil krediti) borcu isə 2,5 faiz artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 13 d. əvvəl
-
- 32 d. əvvəl
-
36 d. əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
-
1 saat əvvəl
Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yerli və xarici vətəndaşlar İrandan Azərbaycan sərhədi ilə təxliyə edilir - 1161 NƏFƏR ÖLKƏMİZƏ KEÇİB
Azərbaycan neftinin son qiyməti
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
SEPAH: İran Hörmüz boğazına tam nəzarət edir
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Prior Leasing"in xalis mənfəəti artıb



























