“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
Cümə günü Ağ Ev və Respublikaçı Konqresin müzakirəçiləri arasında federal hökumətin 31.4 trilyon dollarlıq borc tavanının artırılması ilə bağlı ikinci görüş, tərəflərin heç bir irəliləyiş əldə etməməsi və yeni görüşün bab tutmaması ilə başa çatıb.
Xəzinədarlıq Departamentinin federal hökumətin bütün borclarını ödəyə bilməyəcəyi barədə xəbərdarlıq etdiyi 1 iyun tarixinə iki həftədən az bir müddət qalmasına baxmayaraq, tərəflər qətiyyən güzəştə getmək niyyətində deyillər. Bu isə defoltun reallaşması ehtimallarını getdikcə daha çox artırır.
Ağ Ev Nümayəndələr Palatasına nəzarət edən respublikaçılarla "ciddi fikir ayrılıqlarının" qaldığını etiraf etsə də, prezident Co Bayden hələ də defoltdan qaça biləcəklərinə inandığını bildirib.
ABŞ-da mümkün defolt ssenarisində 8 milyona yaxın insanın işsiz qalacağı, birjalarda kəskin çöküşlərin yaşanması, sosial müavinətlərin kəsilməsi və kredit faizlərinin artması gözlənilir.
Cari həftə ərzində tərəflər uzlaşma əldə edə bilməsələr, ABŞ höküməti ölkəni növbəti həftələrdə defolt elan etmək məcbutiyyətində qala bilər. Bu isə öz növbəsində birjalarda risk iştahının ciddi dərəcədə azalması səbəbilə ilkin mərhələdə “cash” dollara olan tələbin kəskin artmasına və nəticədə dollar indeksində müşahidə olunan artım tendensiyasının daha da aqressivləşməsinə səbəb ola bilər.
Ötən həftəni də 103.50 bəndlik müqavimət səviyyəsinin altında başa vuran DXY-da tendensiyanın gedişinə carin ticarət həftəsində açıqlanacaq ÜDM-in həcmi və FOMC-un son toplantısının dərc olunacaq protokolları kimi faktorlar da ciddi təsir edə bilər.
EUR
Ötən həftəni 1.0820 hədlərində tamamlayan EURUSD məzənnəsində cari ticarət həftəsində tendensiyanın formalaşmasına təsir göstərə biləcək əsas faktorlar arasında Avrozonada və Almaniyada açıqlanacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi və Almaniyada dərc olunacaq Ümumdaxili məhsulun həcmi kimi önəmli iqtisadi göstəriciləri qeyd etmək olar.
Təhlillərə əsasən EURUSD məzənnəsində qiymətlər 1.0900 həddinin altında qaldığı müddətdə, eniş tendensiyası daha kəskin xarakter ala bilər.
GBP
Dollar qarşısında ötən həftə ciddi şəkildə dəyər itirən funt-sterlinqdə qiymətlərin necə dəyişəcəyi ilə bağlı suallara aydınlıq gətirmək üçün bu həftə investorlar İngiltərə Mərkəzi Bankının sədri Endryu Beylinin çıxışını və ölkədə İstehlak Qiymətləri İndeksi və Pərakəndə Satış Dövriyyəsinin həcminə dair statistik rəqəmləri diqqətdə saxlayacaqlar.
GOLD
Ötən həftə Amerikada günü-gündən artan defolt qorxuları fonunda nəğd dollara tələbin artması səbəbilə qızılın bir unsiya üzrə qiyməti 1951$-a kimi ucuzlaşıb. Cümə günü sə bu həddən dəstək alaraq 1980$-a kimi bahalaşıb. Lakin təhlillərə əsasən qiymətli metalın bir unsiya üzrə dəyəri 2000$ səviyyəsinin altında qaldığı müddətdə, eniş tendensiyası yenidən bəpa oluna bilər. Hazırda 1979$-dan təklif olunan qızılın qiyməti 1970$-ın altına düşsə, eniş tendensiyası 1951$ və 1933$-a kimi davam edə bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
2 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
2 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
