Ən yuxarı (mobil)-2_30

"Karabakh Bouquet" ətri Venesiya muzeyinə qoyuldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Karabakh Bouquet" ətri Venesiya muzeyinə qoyuldu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Dünyada tanınan ilk Azərbaycan ətir brendi “Mugham”ın “Karabakh Bouquet - 1752” parfümü “Palazzo Mocenigo Ətirlər Muzeyi” kolleksiyasına əlavə olunub. 

Şuşanın 270 illiyinə həsr olunan “Karabakh Bouquet – 1752” ətri çox bəyənildiyi üçün hələ 2022-ci ilin sonunda Beynəlxalq Venesiya Karnavalı Assosiasiyasının Prezidenti tərəfindən “2023 Venesiya Karnavalı”nın rəsmi proqramına dəvət olunub. 

Reklam_3_11

Azərbaycan Respublikasının İtaliyadakı səfirliyinin iştirakı və Venesiya merinin dəstəyi ilə Venesiyanın ən məhşur “Correr” muzeyinin bal zalında təntənəli tədbir qeyd edilib. 

Bununla əlaqədar Bakıda təşkil olunan mətbuat konfransında isə Venesiya Karnavalının Art Direktoru Prince Maurice Agosti “Mugham”a fəxri sertifikat təqdim edib. 

“Mugham” 7 illik fəaliyyəti ərzində müxtəlif beynəlxalq parfümeriya tədbirlərində iştirak edərək, BƏƏ, Fransa, İtaliya və digər ölkələrdə Azərbaycanı təmsil edib. 

“Mugham” ətirləri nadir və davamlı xammaldan hazırlanaraq satışa çıxarılır. Fransada istehsal edilən “Mugham” parfüm brendinin “Karabakh Bouquet -1752” ətri ilə yanaşı, muğamın 7 növü - "Rast", "Shur", "Segah", "Chahargah", "Bayati -Shiraz", "Shushtar" və "Humayun"un adını daşıyan çeşidləri də var.

ətir brend Mugham Karabakh Bouquet - 1752 parfümü Palazzo Mocenigo Ətirlər Rast Shur Segah Chahargah Bayati-Shiraz Shushtar Humayun
17.04.2023 16:28
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18