Vejnəli qızıl yatağındakı zavodda təhvil-təslim işləri başa çatdırılıb

Hesabat ilində azad edilmiş rayonlarda mövcud olmuş 67 yatağın kadastr işləri icra edilib.
Bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.
Sənəddə qeyd edilib ki, işğal dövründə istismar edilmiş yataqlardan 7-nin təftişi və monitorinqi aparılıb, dəymiş ziyan ilkin qiymətləndirilib. Ağdam, Laçın və Kəlbəcər rayonları üzrə 57 qeyri-filiz və inşaat materialları yataqlarının, eləcə də Xocalı rayonu ərazisində Sığnaq və Yemişcan mərmərləşmiş əhəngdaşı təzahürlərinin təftişi başa çatdırılıb. Füzuli rayonu ərazisində Aşağı Güzlək, Cəbrayıl rayonu ərazisində Hovuslu və Sədi, Xocavənd rayonu ərazisində Arakül, Zəngilıan rayonu ərazisində Cahabgirbəyli və Xumarlı, Qubadlı rayonu ərazisində Muğanlı tikinti materialları yataqlarında, Ağdam rayonu Xaçınçay qum-çınqıl yatağında geoloji qiymətləndirmə işləri başa çatdırılaraq, müxtəlif tikinti və yol infrastrukturlarının qurulması sektorlarında istifadəyə verilib. Ağdam rayonu ərazisində yerləşən Şahbulaq tikinti daşı yatağının, Füzuli rayonunda yerləşən Dövlətyarlı tikinti daşı yatağının və Kürmahmudlu gil yatağının istismara verilməsi istiqamətində iş aparılır.
Zəngilan rayonunda yerləşən Vejnəli qızıl yatağında mövcud qızıl emalı zavodu və digər yardımçı istehsalat vasitələrinin “Azərbaycvan İnterneyşnl Mayninq Kompani Limited” şirkətinə verilməsi məqsədilə monitorinq və təftiş işləri, habelə təhvil-təslim işləri başa çatdırılıb.
“Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 may tarixli 2665 nömrəli sərəncamının icrası ilə əlaqədar Türkiyə şirkəti tərəfindən Qaşqaçay” mis porfir sahəsində ümumilikdə dərinliyi 40,9 min metr olan 86 buruq quyusu qazılmış və götürülmüş nümunələr laboratoriyalara göndərilib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
3 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 17 saat əvvəl
-
23 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
23 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 1 gün əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Sentyabrın 28-də gözlənilən hava şəraiti

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

Azərbaycan BOKT-nun adı dəyişdirilib

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
Ən çox oxunanlar

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib

Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir
