AQTA və Rospotrebnadzor mütəxəssisləri arasında görüş keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) arasında əməkdaşlığın daha səmərəli təşkili məqsədilə yaradılmış işçi qrupun görüşü keçirilib.
AQTA-nın yaydığı məlumatda bildirilir ki, görüşdə iki qurum arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş layihəsi, qida məhsullarının qeydiyyatı və izlənilməsi üzrə əməkdaşlığın genişləndirilməsi, müvafiq normativ-texniki sənədlərin qarşılıqlı mübadiləsi, elmi-tədqiqat müəssisələri ilə əlaqələrin yaradılması ilə bağlı müzakirələr aparılıb.
Görüş zamanı 2023-cü il 1 yanvar tarixindən qüvvəyə minəcək “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn yeniliklər qarşı tərəfin diqqətinə çatdırılıb.
Bundan başqa, görüşdə iki ölkə arasında bitkiçilik məhsullarının idxalı və ixracı zamanı pestisid qalıqlarına, çirkləndiricilərə operativ nəzarətin təşkili üzrə əməkdaşlıq, heyvan mənşəli qida məhsullarının istehsalında antibiotiklərdən istifadənin beynəlxalq tələblərə uyğun tənzimlənməsi, yerli məhsullara nəzarətin təşkili, qida məhsullarının utilizasiyası və ya təyinatının dəyişdirilməsi üçün hüquqi bazanın yaradılması, yoxlamalar zamanı tətbiq olunan sanitar norma və qaydalar barədə fikir mübadiləsi aparılıb.
Sonda qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
11 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)






.jpg)
