Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“AS Group” WUF13-də iştirak edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AS Group” WUF13-də iştirak edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Şəhərlərin gələcəyi, inklüziv cəmiyyətlərin qurulması, iqlim dəyişiklikləri və sosial davamlılıq kimi mühüm mövzular ətrafında dünyanın müxtəlif ölkələrindən minlərlə nümayəndəni bir araya gətirən WUF13 tədbirində “AS Group” da iştirak edib.

“Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan WUF13 çərçivəsində “AS Group” qlobal mənzil çağırışlarına öz layihələri və yanaşmaları ilə qoşulub. Şirkətlər Qrupu Forum çərçivəsində həm sərgidə iştirak edir, həm də keçirilən konfranslarda dayanıqlı inkişaf istiqamətində həyata keçirdiyi layihələri təqdim edir, müasir şəhər mühitinin formalaşdırılması ilə bağlı yanaşmalarını bölüşür və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq imkanlarını müzakirə edib.

“AS Group” sərgidə iki hissəli stendlə təmsil olunub. Stendin bir hissəsində şirkətlər qrupunun sosial, digər hissəsində isə kommersiya layihələri təqdim edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təməlini qoyduğu Zəngilan rayonunun Ağalı kəndində salınan “Ağıllı kənd” layihəsi sərgi iştirakçılarının xüsusilə diqqətini çəkib.  Ziyarətçilərə məlumat verilib ki, “Ağıllı kənd” konsepsiyadan başlayaraq layihələndirmə, tikinti və tam təhvil verilmə mərhələsinədək “AS Group” şirkətlər qrupuna daxil olan “AS İnşaat” MMC tərəfindən həyata keçirilib.

“Ağıllı kənd” dayanıqlı inkişafın təmin olunması, sosial-iqtisadi xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin və səmərəliliyinin artırılması, informasiya texnologiyaları və innovativ həllərin tətbiqi, eləcə də mövcud resursların effektiv istifadəsi və idarə olunması üçün zəruri infrastruktura malik yaşayış məskənidir.

Sərgidə həmçinin Ağalı kəndinin alternativ enerji ilə təmin olunması məqsədilə quraşdırılan “Arximed” qurğusu da ağıllı həll nümunəsi kimi təqdim olunub.

Bundan əlavə, “AS Group” Füzuli rayonunda layihələndirdiyi Dövlətyarlı kəndi layihəsini, həmçinin “AS İstehsal Qarabağ” MMC-nin Ağdam Sənaye Parkında yerləşən Xırdaqəlibli Beton Məmulatları Zavodunda istehsal edilən beton məmulatlarını sərgiləyib.

Şirkətlər Qrupunun kommersiya layihələri sırasında isə Qazaxıstanın “BI Group” şirkəti ilə birgə Bakı şəhərində inşa edilən “4You Baku” yaşayış kompleksi təqdim olunub.

WUF 13 (World Urban Forum) çərçivəsində “Şəhər Dəyər Zəncirinin Tətbiqi: Azərbaycanda Ağıllı və Dayanıqlı Şəhər Layihələrinin Həyata Keçirilməsi” mövzusunda sessiya keçirilib.

Tədbirdə “AS Group”-un nümayəndəsi Mirzə Abdullayev təqdimatla iştirak edərək şirkətin həyata keçirdiyi “River City” layihəsi haqqında geniş məlumat təqdim edib. Təqdimat zamanı layihə çərçivəsində tətbiq edilən innovativ həllər, dayanıqlı şəhərsalma yanaşmaları və şəhər mühitinin inkişafına verilən töhfələr barədə ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda, müasir texnologiyaların və ekoloji yanaşmaların şəhər inkişaf prosesindəki əhəmiyyəti xüsusi vurğulanıb.

Qeyd edək ki, “AS Group” 2003-cü ildən etibarən dövlət və özəl sektor üçün kompleks layihələrin icrasında öncül rol oynayır. Şirkət tikinti, daşınmaz əmlak, kənd təsərrüfatı, sənaye, nəqliyyat-logistika, bərpa olunan enerji və “HoReCa” sahələrində uğurla fəaliyyət göstərir. “AS Group” eyni zamanda beynəlxalq layihələr vasitəsilə ölkəyə xarici investisiyaların cəlb olunmasına da mühüm töhfələr verir.

AS Group WUF13 WUF 13 Bakı World Urban Forum AS Group WUF13 iştirak AS Group ağıllı şəhər layihələri Ağıllı kənd layihəsi Ağalı kəndi Zəngilan Ağalı kəndi AS İnşaat MMC dayanıqlı şəhərsalma inklüziv şəhərlər AS Group sərgisi smart village Azerbaijan ağıllı şəhər texnologiyaları dayanıqlı inkişaf layihələri Arximed qurğusu alternativ enerji layihələri Dövlətyarlı kəndi layihəsi AS İstehsal Qarabağ MMC Ağdam Sənaye Parkı Xırdaqəlibli Beton Məmulatları Zavodu 4You Baku yaşayış kompleksi BI Group Qazaxıstan River City layihəsi Mirzə Abdullayev şəhər dəyər zənciri Azərbaycanda ağıllı şəhərlər Azərbaycanda dayanıqlı şəhər layihələri AS Group layihələri bərpa olunan enerji Azərbaycan müasir şəhər mühiti ekoloji şəhərsalma innovativ tikinti layihələr
22.05.2026 15:51
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19