Azərbaycanda 8 bankın mənfəət vergisi ödəmələri artıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 12-si bu ilin yanvar-sentyabr aylarında mənfəət vergisi ödəyib ki, bunlardan da 8-də sözügedən göstərici ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.
Bunlar “Zıraat Bank Azərbaycan”, “Azərbaycan Sənaye Bankı”, “PAŞA Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Kapital Bank”, “Express Bank” və “Bank of Baku” ASC-lər, “Yapı Kredi Bank Azərbaycan” QSC-dir.
4 bank – “Bank Respublika”, “Zıraat Bank Azərbaycan”, “Azər-Türk Bank” və “Günay Bank” isə bu ilin 9 ayında mənfəət vergisi ödəsə də, ötən ilin eyni dövründə ödəməyib. Odur ki, onların vergi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb.
1 bankın – “Xalq Bank” ASC-nin isə mənfəət vergisi ödəmələri 100% azalıb.
Bu ilin 9 ayında mənfəət vergisi ödəməmiş 13 bank isə həm də ötən ilin eyni dövründə mənfəət vergisi ödəməyib. Odur ki, həmin bankların da vergi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb.
12 bank mənfəət vergisini vaxtından əvvəl ödəyib
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 12-si mənfəət vergisi ödəmək üçün ilin sonunu gözləməyib.
Bunlar "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı", "PAŞA Bank", "Bank of Baku", “Bank Respublika”, "Xalq Bank", "Express Bank", “Azərbaycan Sənaye Bankı”, “Zıraat Bank Azərbaycan”, “Azər-Türk Bank” və “Günay Bank” ASC-lər, eləcə də "Yapı Kredi Bank Azərbaycan" QSC-dir.
Adları çəkilən banklar bu ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə ümumilikdə 156,952 milyon manat mənfəət vergisi ödəyiblər. Bu baxımdan ən yüksək göstərici "Kapital Bank"da (57,136 milyon manat), ən aşağı göstərici isə “Günay Bank”da (187 min manat) qeydə alınıb.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 36 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
1 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım

























