SWIFT: Sistemi Rusiya banklarını bağlamağa hazırıq, əmri gözləyirik
SWIFT rəsmi sistemin Rusiya banklarını bağlamağa hazır olduqlarını açıqlayıb. Qrumun rəsmii bildirib ki, əmr verildikdən sonra Rusiya banklarına qarşı tədbir görməyə hazırdır. İndi SWIFT Qərb ölkələri ilə hansı bankların siyahıya daxil ediləcəyini müzakirə edir.
"SWIFT banklararası ödəniş sistemi Qərb ölkələrinin bir sıra Rusiya banklarını sistemdən çıxarmaq qərarından xəbərdardır və müvafiq hüquqi sərəncamdan sonra buna əməl etməyə hazırdır”, - deyə şirkətin açıqlamasında bildirilir,
Marja-nın məlumatına görə, SWIFT bildirib ki, hazırda Avropa hakimiyyət orqanları ilə hansı maliyyə qurumlarının hədəf alınacağını müzakirə edir.
Şənbə günü Avropa İttifaqı, ABŞ və Kanada Ukraynadakı hərbi əməliyyata görə Rusiyaya qarşı yeni sanksiyalar barədə razılığa gəliblər. Bir neçə Rusiya bankını SWIFT-dən ayırmaqla yanaşı, Qərb dövlətləri Rusiya Mərkəzi Bankınını aktivlərinin iflic ediləcəyini, Rusiya elitasının nümayəndələrinin və onların ailələrinin aktivlərinin dondurulacağını elan ediblər.
Daha sonra ABŞ administrasiyasının nümayəndəsi dəqiqləşdirib ki, sistemdən ayrılacaq bankların siyahısı hələ də formalaşdırılır. O, qeyd edib ki, Rusiya beynəlxalq maliyyə sistemindən “qovulacaq” və ölkənin bank sistemi çökəcək.
Rusiyanın SWIFT-dən çıxarılması ilə bağlı müzakirələr Ukrayna ətrafında situasiyada gərginliyin artması fonunda başlayıb və fevralın 24-də Rusiyanın Ukraynada “xüsusi hərbi əməliyyatı”nın başlamasından sonra yenidən başlayıb.
Belə bir tədbirə Almaniya, İtaliya və Fransa etirazlar edirdilər: onlar qorxurdular ki, Rusiyanı sistemdən çıxarmaq öz iqtisadiyyatlarına zərbə vuracaq. Fevralın 26-da Ukrayna prezidenti Vladimir Zelenski Avropa İttifaqı ölkələrinin yekdilliklə Rusiyanı SWIFT-dən ayırmağa razılaşdıqlarını açıqlamışdı.
SWIFT 1973-cü ildən fəaliyyət göstərən özəl bir qurumdur. Onun 200 ölkə və ərazidə 11.000-dən çox üzvü var.
Həmçinin oxu
Rusiya beynəlxalq maliyyə sistemindən qovulur
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 5 gün sonra
-
5 gün sonra
İnvestorlara illik 13% sabit gəlir təklifi - AFB Bank-da sərfəli fürsət
-
- 30 d. əvvəl
-
40 d. əvvəl
Azərbaycan vətəndaşları Rusiyaya gedərkən problemlərlə qarşılaşırlar - Hava limanında saxlanılırlar
-
49 d. əvvəl
Mikayıl Cabbarov Omanda səfərdədir - Görüşlər keçirilib, Səhmdarlar Müqaviləsi imzalanıb
-
59 d. əvvəl
Onlayn qumar şəbəkələrinə qarşı əməliyyat keçirilib, 5 nəfər tutulub - VİDEO
-
1 saat əvvəl
200 milyon dollarlıq Azərbaycan - Oman Birbaşa İnvestisiya Fondu yaradılır - MÜQAVİLƏ İZALANDI
-
1 saat əvvəl
Azərbaycan və Gürcüstan arasında birgə gömrük məntəqəsinin yaradılması sürətləndirilir
-
1 saat əvvəl
Azərbaycanda nikahdankənar doğulan körpələrin sayı açıqlanıb - 3 İLDƏ 48 MİNƏ YAXIN KÖRPƏ
-
1 saat əvvəl
“Əgər ustaya dəyər verirsənsə, ölkənin tikinti mədəniyyətinə dəyər verirsən” - MÜSAHİBƏ
- 2 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Bakcell lotereyasında “Zeekr 001” üçün geri sayım başladı!

Azərbaycan və Gürcüstan arasında birgə gömrük məntəqəsinin yaradılması sürətləndirilir

“Əgər ustaya dəyər verirsənsə, ölkənin tikinti mədəniyyətinə dəyər verirsən” - MÜSAHİBƏ
Ən çox oxunanlar

BMW 2025-ci il üzrə gəlir proqnozunu aşağı saldı

Oktyabrın 9-da gözlənilən hava şəraiti

Güzəştli MİDA ipoteka krediti

BOKT “Embafinans”xalis mənfəətinin azalmasına aydınlıq gətirdi

Tesla-nın “xalq avtomobillərinin” qiymətləri bəyənilmədi— yeni modellər gözlənildiyi qədər ucuz deyil

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
