Rusiya beynəlxalq maliyyə sistemindən qovulur
ABŞ, Avropa İttifaqı və Kanada Rusiya qarçı yeni sanksiyalar, o cümlədən bir neçə Rusiya bankının SWIFT sistemindən çıxarılması barədə razılığa gəliblər. Vaşinqton administrasiyası bu tədbirlərdən sonra Rusiyanın “iqtisadi və maliyyə pariyasına” (hüquqsuz) çevriləcəyini bildirib.
Avropa İttifaqı, ABŞ və Kanada şənbə günü Rusiyaya qarşı yeni sanksiyalarla bağlı razılığa gəliblər.
Marja xəbər verir ki, bunlara daxildir:
- bir sıra rus banklarının SWIFT-dən çıxarılması;
- Rusiya Mərkəzi Bankının “aktivlərinin iflici”;
- rus elitasının və onların ailələrinin aktivlərinin dondurulması.
"Qərbin yeni sanksiyalarından sonra Rusiya bank sisteminin çöküşü gözlənilir", - ABŞ administrasiyasının sözçüsü brifinqdə deyib.
O, əlavə edib ki, Rusiya indi "qlobal iqtisadi və maliyyə mənasında pariyaya" (hüqusuz) çevriləcək.
"Rusiya beynəlxalq maliyyə sistemindən qovulur”, - deyə rəsmi əlavə edib.
ABŞ rəsmisi qeyd edib ki, həftə sonu Qərb ölkələri Rusiya Mərkəzi Bankına qarşı da daxil olmaqla əlavə tədbirlər hazırlayacaq.
Administrasiya rəsmisi bildirib ki, SWIFT-dən ayrılacaq bankların siyahısına gəlincə, o, hələ də formalaşdırılır. O əlavə edib ki, sanksiyalar Rusiya Mərkəzin Bankının bütün 630 milyard dollar valyuta ehtiyatına şamil ediləcək.
Ağ Ev bildirib ki, Qərb, dünya bazarlarında yanacaq qıtlığının və onun bahalaşmasının qarşısını almaq üçün enerji təchizatına xidmət edən Rusiya banklarını SWIFT-də saxlamağa çalışacaq.
Növbəti sanksiyalar paketi Rusiyanın Ukraynada fevralın 24-də başlayan hərbi əməliyyatı ilə bağlıdır. Rusiya hakimiyyəti bildirir ki, bu hərbi əməliyyatın məqsədi Donbass əhalisini “Kiyev rejiminin soyqırımından” xilas etmək, Ukraynanın deazifikasiyası və demilitarizasiyasıdır.
SWIFT sistemini Rusiya banklarına bağlamağa hazır olduğunu açıqlayıb. Şirkət rəsmi qeyd edib ki, əmr verildikdən sonra Rusiya banklarına qarşı tədbir görməyə hazırdır. İndi SWIFT Qərb ölkələri ilə hansı bankların siyahıya daxil ediləcəyini müzakirə edir.
Avropa Komissiyası bildirib ki, bir sıra Rusiya banklarının SWIFT sistemindən çıxarılması "həqiqətən Rusiyanın ixrac və idxalını bloklayacaq".
Reuters yazıb ki, bazar ertəsi Rusiya rublunun kəskin zəifləməsi, əmtəə qiymətlərinin artması və yüksək qeyri-müəyyənlik səviyyəsi gözlənilir.
"BNO News" "Bazar ertəsi Rusiya valyuta bazarında fəlakət olacaq" başlığını verib.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı hərbi əməliyyatlara görə daha əvvəl də Rusiya banklarına qarşı sanksiyalar tətbiq etmişdi. Sanksiya siyahısına aşağıdakı banklar daxil edilmişdir:
-"Otkrıtie";
-Promsvyazbank;
-VTB;
-Novikombank;
-Sovkombank.
Qərb Rusiyanın digər banklarına qarşı da sanksiyaların mümkünlüyünü açıqlamışdı.
SWIFT 1973-cü ildən fəaliyyət göstərən özəl bir qurumdur. Onun 200 ölkə və ərazidə 11.000-dən çox üzvü var.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 5 gün sonra
-
5 gün sonra
İnvestorlara illik 13% sabit gəlir təklifi - AFB Bank-da sərfəli fürsət
-
- 30 d. əvvəl
-
40 d. əvvəl
Azərbaycan vətəndaşları Rusiyaya gedərkən problemlərlə qarşılaşırlar - Hava limanında saxlanılırlar
-
49 d. əvvəl
Mikayıl Cabbarov Omanda səfərdədir - Görüşlər keçirilib, Səhmdarlar Müqaviləsi imzalanıb
-
59 d. əvvəl
Onlayn qumar şəbəkələrinə qarşı əməliyyat keçirilib, 5 nəfər tutulub - VİDEO
-
1 saat əvvəl
200 milyon dollarlıq Azərbaycan - Oman Birbaşa İnvestisiya Fondu yaradılır - MÜQAVİLƏ İZALANDI
-
1 saat əvvəl
Azərbaycan və Gürcüstan arasında birgə gömrük məntəqəsinin yaradılması sürətləndirilir
-
1 saat əvvəl
Azərbaycanda nikahdankənar doğulan körpələrin sayı açıqlanıb - 3 İLDƏ 48 MİNƏ YAXIN KÖRPƏ
-
1 saat əvvəl
“Əgər ustaya dəyər verirsənsə, ölkənin tikinti mədəniyyətinə dəyər verirsən” - MÜSAHİBƏ
- 2 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Bakcell lotereyasında “Zeekr 001” üçün geri sayım başladı!

Azərbaycan və Gürcüstan arasında birgə gömrük məntəqəsinin yaradılması sürətləndirilir

“Əgər ustaya dəyər verirsənsə, ölkənin tikinti mədəniyyətinə dəyər verirsən” - MÜSAHİBƏ
Ən çox oxunanlar

BMW 2025-ci il üzrə gəlir proqnozunu aşağı saldı

Oktyabrın 9-da gözlənilən hava şəraiti

Güzəştli MİDA ipoteka krediti

BOKT “Embafinans”xalis mənfəətinin azalmasına aydınlıq gətirdi

Tesla-nın “xalq avtomobillərinin” qiymətləri bəyənilmədi— yeni modellər gözlənildiyi qədər ucuz deyil

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
