“Fermer” kolbaslarında nöqsanlar aşkar olunub
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunsuz işləyən kolbasa sexinin fəaliyyətini məhdudlaşdırıb.
AQTA-dan "Marja"ya verilən məlumata görə, agentlik əməkdaşları Göygöl rayonu, Yeni Qızılca kəndində fəaliyyət göstərən, fiziki şəxs Əmrahov Eşqin Qəzənfər oğluna məxsus kolbasa məmulatlarının istehsalı sexində keçirdiyi yoxlama zamanı sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulduğu müəyyən edib.
Müəssisədə “Fermer” nişanı altında istehsal olunan məhsulların etiketlənməsində tərkibi ilə bağlı reallığı əks etdirməyən, təhrif olunmuş məlumatların yer aldığı və digər nöqsanlar aşkar olunub. Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
İstehsal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Araşdırmalar davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 39 d. əvvəl
- 1 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
“A-Qroup Sığorta Şirkəti”ndə yeni təyinat
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
Ən çox oxunanlar
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib


















