AZAL Naxçıvan biletlərini öncədən əldə etməyi tövsiyə edir
Azərbaycan Hava Yolları (AZAL) 2026-cı ilin may ayında bayram və tətil günlərində Naxçıvana səfər etməyi planlaşdıran sərnişinlərə biletlərini əvvəlcədən əldə etməyi tövsiyə edir.
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, bayram günləri ilə əlaqədar olaraq 9-11 və 27-31 may 2026-cı il tarixlərində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə uçuşlara tələbatın artacağı gözlənilir. Qeyd olunan dövrdə sözügedən marşrut üzrə gün ərzində 8 müntəzəm reysin (gediş-gəliş 16 reys) həyata keçirilməsi planlaşdırılır. Artan sərnişin tələbatını qarşılamaq məqsədilə qeyd olunan tarixlərdə gün ərzində 5-10 əlavə reysin (gediş gəliş 10-20 reys) həyata keçirilməsi də nəzərdə tutulur. Qeyd edək ki, əlavə reyslərin sayı müvafiq günün tələbatına uyğun şəkildə təyin olunur.
Bununla belə, biletlərin səyahət tarixindən öncə alınması həm sərnişinlər üçün daha rahat planlaşdırma imkanı yaradır, həm də uçuşların daha səmərəli təşkili baxımından məqsədəuyğun hesab olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
İxracatçılara böyük dəstək: Dövlət daşıma xərclərinin 70%-ni ödəyəcək
-
8 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
8 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
9 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 10 saat əvvəl
-
10 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"























