Azərbaycanın turizm xidmətləri dövriyyəsində 244 milyon dollarlıq kəsir
2021-ci ilin 9 ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 23.1% azalaraq 491.1 milyon dollar təşkil etmişdir. Hesabat dövründə turizm xidmətləri üzrə idxalın (367.4 milyon dollar) ixracı (123.7 milyon dollar) üstələməsi nəticəsində 243.7 milyon dollar həcmində kəsir yaranmışdır.
Marja.az xəbər verir ki, bu, 2021-ci ilin 9 ayın yekunları üzrə Azərbaycan Respublikasının tədiyə balansında bildirilir.
Qeyd edilib ki, bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 24.7%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 38.2% azalmışdır. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 367.4 milyon dollar olmuşdur. Bunun 88.5%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olmuşdur (məkik idxal üçün vəsaitlər istisna olmaqla).
Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 3.4 dəfə azalaraq 6 milyon təşkil etmişdir. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 37.3% artaraq 668 milyon olmuşdur.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub























