“Xocəsən” stansiyasında tikinti-quraşdırma işləri tamamlanır
İkinci yerüstü stansiya nəhəng infrastruktura malik olacaq"Bakı Metropoliteni" QSC-nin yaydığı məlumatda bildirilir ki, Bənövşəyi xəttin Xocəsən qəsəbəsində inşa olunan elektrik deposunun ərazisində yerüstü stansiya inşa olunur. Bu, metropolitenin sayca 27-ci və 2-ci yerüstü stansiyası olacaq.
Gələcəkdə xətdə 7 vaqonluq qatarlar hərəkət edəcəyindən bu stansiyanın da platformasının uzunluğu müvafiq ölçüdə - 144 metrdir. Platformada tikinti-quraşdırma tədbirləri tamamlanıb və orada üzlənmə işlərinə başlanılacaq.
“Nərimanov” elektrik deposu ərazisində yerləşən “Bakmil” stansiyasından fərqli olaraq, burada platformanı stansiya girişi ilə 59 metrə yaxın uzunluğu olan keçid birləşdirəcək. Sərnişinlər platforma səviyyəsinə iki eskalator və pilləkənlər vasitəsilə qalxa biləcəklər. Eskalatorların quraşdırılması başa çatdırılıb, qarşıdakı müddətdə onların sazlanması, sınaq və tənzimlənmə işləri yerinə yetiriləcək.
Stansiya vestibülü və keçiddə üzlük işlərinin böyük hissəsi başa çatdırılıb. Döşəməyə İtaliya və Ukrayna istehsalı olan qranit, divarlara keramoqranit vurulur. Ümumi uzunluğu 165 metr olan vestibül və buradakı xidməti otaqlarda son tamamlama işləri aparılır.
Tunellərdən depo ərazisinə girişdən, yəni portaldan stansiyayadək 806 metrlik xəttin yol infrastrukturunun böyük qismi icra olunub. Burada yollara iqtisadi, praktiki eləcə də hərəkətin rəvanlığı, təhlükəsizliyi baxımından böyük əhəmiyyətə malik dəmir-beton şpallar döşənir. Yoldəyişdiricilər də dəmir-beton tirlər üzərində qurulub.
Stansiyanın əvvəllər tikintinin ikinci mərhələsində inşa olunması nəzərdə tutulsa da, Xocəsən qəsəbəsi üçün əhəmiyyəti nəzərə alınaraq, birinci mərhələnin sonunda tam hazır vəziyyətə gətiriləcək. Bu isə nəinki qəsəbə sakinləri və bura üz tutan sərnişinlərin, eyni zamanda bir sıra yerüstü nəqliyyat vasitələrini bu stansiyaya bağlamaqla şəhərin şimal girişi istiqaməti və 20 Yanvar meydanındakı nəqliyyat sıxlığına da nisbətən təsir göstərə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 34 d. əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
6 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
6 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
6 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib



















.jpg)
