Həmkarlar sanatoriya-kurort üçün daha çox vəsait nəzərdə tutur
“Sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə xərclərdə proqnozlaşdırılmış artımı Dövlət Sosial Müdafiə Fondunun (DSMF) cəmi xərclərinin artım tempindən daha sürətlə nəzərdə tutulmuşdur”.
Marja xəbər verir ki, bu, Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyində bildirilir.
Rəydə qeyd edilibi, qanun layihəsinə əsasən növbəti ildə sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) vasitəsi ilə maliyyələşdirilən xərclərin maliyyələşdirilməsi üçün 21,5 milyon manat və ya cəmi xərclərin 0,4%-i qədər vəsait nəzərdə tutulmuşdur ki, bu da cari ilin müvafiq gözlənilən icra göstəricisindən 1 milyon manat (4,9%) çoxdur. Lakin AHİK tərəfindən Hesablama Palatasına təqdim edilmiş məlumatlarda növbəti il üzrə Fondun vəsaiti hesabına maliyyələşdirilməsi proqnozlaşdırılan vəsait 26,6 milyon manat məbləğində nəzərdə tutulmuşdur ki, bu da Fondun müvafiq göstəricisini 5,1 milyon manat üstələməsi deməkdir. AHİK tərəfindən növbəti il üzrə müəyyən edilmiş proqnoz cari il üzrə gözlənilən icradan 6 milyin 592,9 min manat və ya 32,9% çoxdur ki, bu da Fondun vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan bütün istiqamətlər üzrə xərclərin nəzərəçarpacaq dərəcədə artımı ilə əlaqədardır.
“AHİK-in məlumatına əsasən 2020-ci ildə Fondun vəsaiti hesabına maliyyələşdirilmiş xərclər 9,2 milyon manat olmuşdur. Fond tərəfindən təqdim edilmiş məlumatlara əsasən 2020-ci ildə sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi məqsədilə Fonddan AHİK-ə 20,5 milyon manat köçürülmüş, lakin istifadə edilməmiş 11,3 milyon manat vəsait 2021-ci ilin 1-ci yarısında Fonda geri qaytarılmışdır. İlin sonunda isə gözlənilən icra Fond tərəfindən müəyyən edilmiş proqnoz göstəricisinə bərabər, AHİK tərəfindən isə proqnozun 97,6%-i səviyyəsində olacağı nəzərdə tutulur. Ümumiyyətlə müəyyən funksiyaları müvafiq vəzifə bölgüsü əsasında olmaqla birgə həyata keçirən qrumların həmin funksiyalar üzrə icra və proqnoz göstəricilərinə dair məlumatları arasında uyğunsuzluğun olması bu istiqamətlər üzrə fəailiyyətlərin daha optimal olmaqla effektiv formada təşkilini zəruri edir”,- Rəydə deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)





.jpg)







