BTQ ilə yükdaşımalarda 6 ay üzrə rekord göstərici
Bu ilin 6 ayı ərzində Bakı-Tbilisi-Qars dəmir yolu ilə 11 084 TEU konteyner daşınıb. Bu rəqəm 2020-ci il ərzində (12 ayda) daşınan konteynerlərin ümumi sayına (11 748 TEU) yaxındır.
"ADY Container" şirkətindən Marja-ya daxil olmuş məlumata görə, BTQ ilə ilin əvvəlindən təyinat stansiyalarına 369 TEU idxal, 397 TEU ixrac, 10 318 TEU tranzit yükü çatdırılıb. Konteynerlərdəki yüklərə gəlincə, ən çox əlvan metallurgiya və kimya sənayesi məhsulları, avadanlıqlar, taxıl və taxıl məhsulları, tekstil, heyvan yemləri, tikinti materialları daşınıb.
Ən çox konteyener 3206 TEU olmaqla Qazaxıstan-Türkiyə marşrutu üzrə daşınıb. Əks istiqamətdə isə 552 TEU yük çatdırılıb. Çindən Türkiyəyə 2915 TEU, Türkmənistandan 912 TEU, Özbəkistandan isə 747 TEU yükdaşıma həyata keçirilib.
Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da istifadəyə verilib. İndiyədək BTQ ilə 33 267 TEU konteyner daşınıb. Burada tranzitin payı 26 828 TEU təşkil edib. Bu isə BTQ ilə daşınan ümumi yükün 81 faizi deməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 14 d. əvvəl
-
- 22 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 23 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















