Porsche “Taycan”la elektromobil bazarında da sözünü deməyə başlayıb
Şirkətin gəlirləri 55% artıbAlman avtomobil brendi, maraqlı idman avtomobillərinin və SUV-ların istehsalçısı Porsche elektrikli nəqliyyat vasitələri bazarında da mövqelərini genişləndirir.
Marja xəbər verir ki, şirkətin tam elektrikli modeli olan Taycan bu ilin ikinci rübündə ümumi satış həcminin 15%-ni təşkil edib. Təkcə Şimali Amerika bazarında rüb ərzində satışlar ötən illə müqayisədə 55% artıb - 18 min 958 ədəd.
2019-cu ilin sonunda təqdim olunan Porsche-nin ilk elektrikli modeli Taycan 402 at gücündə (300 Kvat) mühərrikə sahibdir. Avtomobil 60 km/saat sürəti 5 saniyəyə yığa bilir. Tam dolu batereya ilə 300 km-dən artıq məsafə qət etmək özəlliyinə sahibdir. Porsche-nin digər modellərində olduğu kimi, Taycanın da interyeri xüsusi dizaynla bəzədilib.
Aprel-iyun ayları ərzində zavod qiyməti 79 min dollardan başlayanTaycan modelindən ABŞ və Kanadada 3400 ədədə yaxın satılıb.
Hazırda Taycana üstünlük verənlər daha çox rəqib ənənəvi avtomobil brendlərinin - Audi, BMW, Mercedes-Benz, hətta Tesla modellərinin istfadəçiləridir. Şirkət dünən yaydığı press-relizdə elektrikli və hibrid modellərin istehsalını genişləndirməyə davam edəcəyini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 saat sonra
-
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 20 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb


























