Sayca üçüncü “Access Bankirlər Məktəbi” layihəsi reallaşdırıldı
®️“AccessBank” sayca üçüncü bankçılıq məktəbi layihəsini bitirir. Təqaüd proqramı çərçivəsində həyata keçirilən və 3 ay davam edən təlimlərin sonuncu həftəsində proqram iştirakçıları final təqdimatı hazırlayaraq, Bankın İdarə Heyətinin üzvləri qarşısında çıxış ediblər.
Fərqlənən iştirakçılar tezliklə Bankda işlə təmin olunacaqlar.
Qeyd edək ki, yanvar-fevral aylarında baş tutan sənəd qəbulu zamanı budəfəki proqrama qatılmaq üçün 1500-dək müraciət daxil olub. Bakı və bölgələrdən olan məzun və ya sonuncu kurs tələbələri ilkin mərhələdə iştirak etmək üçün CV və niyyət məktubu göndəriblər. Layihəyə qatılmaq üçün namizədin bankçılıq haqqında ümumi təsəvvürü, maraqları, dünyagörüşü və dil bilikləri nəzərə alınıb. İlkin mərhələdə seçilmiş 200 namizəd test mərhələsinə dəvət alıb. Müxtəlif sınaqlardan keçdikdən sonra 17 iştirakçı proqrama qatılıb. İştirakçılara Bank tərəfindən təkcə nəzəri biliklər deyil, həm də təcrübə şansı təqdim edilib. Bu dönəmdə onlar Bankın quruluşu, fəaliyyəti, gündəlik iş prosesi ilə yaxından tanış olublar. İştirakçılar müxtəlif departament və filiallarda təcrübə keçməklə yanaşı, həm də “AccessBank”ın bölgələrdəki filiallarının fəaliyyəti ilə tanış olublar.
“AccessBank”ın İnsan Resursları üzrə İcraçı direktoru Nigar Hüseynzadə bildirir ki, Bank, təcrübəsiz gənclərə iş şansı vermək ənənəsinə sadiqdir: ”Bizim bank tarixən təcrübəsiz, yeni məzun olmuş gənclərin yanında olub. Hazırda rəhbər vəzifələrdə çalışan əksər əməkdaşlarımız Banka heç bir təcrübələri olmadan, universitetdən yeni məzun olan kimi gəliblər. Burada püxtələşib, professionallaşıblar. Əminliklə demək olar ki, “AccessBank” Azərbaycanda bankçılıq məktəbi sayılır.”
Qeyd edək ki, “Access Bankirlər Məktəbi” hazırda Azərbaycanda təqaüd əsaslı və praktik bankçılıq təcrübəsi verən yeganə layihədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
7 d. əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
-
8 d. əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 16 d. əvvəl
-
40 d. əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
2 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
2 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ən çox oxunanlar
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir




























