Belarus Azərbaycana ABŞ-a aviareysi Minsk üzərində yerinə yetirməyi təklif edib
Belarusun nəqliyyat naziri Aleksey Avramenko azərbaycanlı həmkarı Rəşad Nağıyev ilə ölkələr arasında müntəzəm uçuşların bərpasını müzakirə edib və Bakıdan Nyu-Yorka reysi Minsk üzərindən təşkilini təklif edib. Bu barədə Belarus Nəqliyyat Nazirliyindən məlumat verilir.
“Danışıqlar zamanı tərəflər aviasiya sahəsində əməkdaşlığı – Belarus və Azərbaycan arasında pandemiyadan öncəki səviyyədə müntəzəm uçuşların bərpasını müzakirə ediblər. Hazırda Minsk və Bakı arasında müntəzəm hava əlaqəsini “Belavia” Aviaşirkəti” ASC təmin edir”, - nazirlikdən bildiriblər. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Belarus naziri AZAL şirkətinin Bakı-Minsk-Nyu-York-Minsk-Bakı transkontinental reysinin təşkili imkanını nəzərdən keçirməyi təklif edib. Avramenko yaxın zamanda bu istiqamətdə konkret addımlar üzərində işləməyi təklif edib.
“Aeroportun yaxşı inkişaf etmiş marşrut şəbəkəsi sayəsində Minsk üzərindən ABŞ-a reyslər nəinki dövlətlərimizin vətəndaşları, həm də Baltik ölkələrdən olan sərnişinlər üçün cəlbedici ola bilər”, - Avramenko bildirib.
Dəmir yolu nəqliyyatına gəlincə, bu günə Belarus Dəmir Yolları tərəfindən Azərbaycanla dəmir yolu daşımalarının təşkili və inkişafı, o cümlədən Minsk-Bakı marşrutu ilə konteyner qatarlar layihəsi çərçivəsində zəruri şəraitin yaradılması üzrə iş aparılıb.
Bundan başqa, “Beljeldorproekt” İnstitutu” artıq “ADY” QSC-nin simasında Azərbaycan tərəfi ilə əməkdaşlıq edir və dəmir yolu infrastrukturunun layihələndirilməsi üzrə gələcəkdə işləməyə, həmçinin bütün analoji layihələrdə iştirak etməyə hazırdır.
“O cümlədən, görüşdə avtomobil nəqliyyatı sahəsində əməkdaşlıq müzakirə olunub. Söhbət yol təsərrüfatı barədə gedib, xüsusilə “Belqiprodor” müəssisəsi avtomobil yolları, körpü və aerodromların tikintisi üçün layihə-kəşfiyyat işlərinin icrasında hazırlığını ifadə edib”, - nazirlikdən vurğulanıb.
Ümumilikdə, tərəflər strateji tərəfdaşlığın birgə nöqtələrinin işlənməsinda maraq və yeni əlaqə istiqamətlərinin inkişafı məqsədilə layihələrin reallaşdırılmasında hazırlığı təsdiq ediblər.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
17 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 12 saat sonra
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 10 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























