Rusiyadan pul köçürmək indi daha rahat oldu
(®️) Azərbaycan Beynəlxalq Bankı “Granat” sürətli pulköçürmə sistemini təqdim edir. Bu xidmət fiziki şəxslərə vəsaitləri manat, rubl, ABŞ dolları və avro valyutalarında sürətli, sərfəli şərtlərlə köçürmək imkanı yaradır. Rusiyadan Azərbaycana pul köçürmələrini istənilən Rusiya bankının kartı ilə “Granat” mobil əlavəsi vasitəsilə, yaxud ABB-Moskvanın xidmət ofisində nağd qaydada həyata keçirmək olar. Rusiyadan Azərbaycana köçürülən vəsaiti Azərbaycan Beynəlxalq Bankının istənilən filial və şöbələrindən manat, rubl, ABŞ dolları və avro valyutalarında əldə etmək mümkündür. Bankın kartlarına ödəniş kartının valyutasında köçürülən vəsaiti isə Azərbaycan Beynəlxalq Bankının geniş ATM və POS-terminal şəbəkəsi vasitəsilə almaq olar.
Azərbaycandan Rusiyaya vəsaiti Bankın istənilən filial və şöbəsindən nağd qaydada köçürmək mümkündür. “Granat”-la sürətli pulköçürmə üzrə komissiya haqqı köçürülən məbləğin cəmi 0,9%-i təşkil edir.
“Granat” tətbiqinin imkanlarından faydalanmaq üçün Rusiyadakı müştərilər öz mobil telefonlarına bu əlavəni yükləməlidirlər. Mobil tətbiq valyuta seçimi, pulköçürmə üçün optimal variantların müəyyənləşdirilməsi, eləcə də əməliyyat tarixçəsinin izlənməsi üçün müştərilərə geniş imkanlar yaradır. Tətbiqi App Store və Google Play-dən yükləmək olar. “Granat” pulköçürmə sistemi ilə bağlı daha ətraflı məlumatı buradan öyrənmək mümkündür.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 21 saat sonra
-
-
7 d. əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
13 d. əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 45 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Ən çox oxunanlar
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı























