Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan-Gürcüstan sərhədində yeni keçid məntəqəsi layihələndirilir

Yeni keçid məntəqəsində birgə gömrük nəzarəti tətbiq olunacaq.
AzVak-mobil_resmin_ustu_31
Azərbaycan-Gürcüstan sərhədində yeni keçid məntəqəsi layihələndirilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan-Gürcüstan sərhədində yeni dövlət sərhədindən buraxılış məntəqəsinin yaradılması istiqamətində layihələndirmə işləri aparılır.

Marja.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın öz suverenliyini tam bərpa etməsindən sonra dövlət sərhədləri boyunca yeni keçid məntəqələrinin yaradılması və mövcud infrastrukturun inkişafı mühüm istiqamətlərdən birinə çevrilib.

Şahin Bağırov bildirib ki, hazırda Ağbənd keçid məntəqəsi ilə bağlı dövlət sərhədində işlər aparılır.

Bununla yanaşı, DGK sədri qeyd edib ki, Gürcüstanla sərhəddə yeni keçid məntəqəsinin yaradılması üzrə də layihələndirmə işləri həyata keçirilir.

“Gürcüstanla bağlı layihələndirmə işimiz var və biz hökumət səviyyəsində bu işi nəzərdən keçiririk. Hökumətimiz bu sahədə müəyyən tapşırıqlar verir. Gürcüstanla yeni keçid məntəqəsinin açılması üçün ilk növbədə layihələndirmə işləri aparılmalıdır və biz bunu həyata keçiririk”, - deyə Şahin Bağırov bildirib.

Komitə sədrinin sözlərinə görə, layihələndirmə mərhələsindən sonra növbəti mərhələdə keçid məntəqəsinin tikintisi məsələsinə baxılacaq.

Şahin Bağırov bildirib ki, yeni keçid məntəqəsi müasir standartlara uyğun olacaq və burada birgə nəzarət mexanizminin tətbiqi nəzərdə tutulur.

Onun sözlərinə görə, bu, Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin yaxın məsafədə, eyni məkanda nəqliyyat vasitələrini yoxlamasına imkan verəcək.

“Bu, daha sadələşdirilmiş gömrük xidməti olacaq. Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin yaxın bir məkanda nəqliyyat vasitələrini eyni anda yoxlamaq imkanı olan keçid məntəqəsi yaradılacaq”, - deyə DGK sədri qeyd edib.

Şahin Bağırov vurğulayıb ki, birgə nəzarət mexanizmi həm vaxta qənaət edəcək, həm nəzarətin keyfiyyətini artıracaq, həm də qeyri-qanuni fəaliyyətlə bağlı potensial risklərin daha tez müəyyənləşdirilməsinə imkan yaradacaq.

Onun sözlərinə görə, yeni keçid məntəqəsinin yaradılması nəqliyyat vasitələri üçün alternativ seçimlərin artmasına da xidmət edəcək.

DGK sədri bildirib ki, keçid məntəqələrinin sayının artırılması istiqamətində ölkədə işlər davam etdirilir və zəruri hallarda bu sahədə yeni tapşırıqlar əsasında əlavə layihələr də icra olunacaq.

“Biz bu sahədə, dediyim kimi, Gürcüstanla yeni keçid məntəqəsi üzərində iş aparırıq. Növbəti mərhələdə qarşımıza hansı məsələ qoyulacaqsa, həmin istiqamətdə də iş aparılacaq”, - deyə Şahin Bağırov bildirib.

İş elanları AzVak.az-da

©  "Report" İnformasiya Agentliyi və "İctimai TV"yə müsahibədən

Şahin Bağırov Dövlət Gömrük Komitəsi DGK Azərbaycan-Gürcüstan sərhədi yeni keçid məntəqəsi dövlət sərhədindən buraxılış məntəqəsi Ağbənd keçid məntəqəsi gömrük keçid məntəqəsi sərhəd infrastrukturu birgə gömrük nəzarəti gömrük xidməti Azərbaycan gömrüyü Gürcüstan gömrüyü logistika yükdaşımalar tranzit daşımalar sərhəd keçidi gömrük prosedurları sadələşdirilmiş gömrük nəqliyyat vasitələri sərhəddə yoxlama risklərin müəyyən edilməsi keçid məntəqələrinin artırılması regional ticarət idxal-ixrac əməliyyatları.
26.06.2026 13:28
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19