Gəncədə sənayenin vəziyyəti haqqında məlumatlar açıqlandı
Ötən il istehsal edilmiş 371,5 milyon manatlıq sənaye məhsulunun 113.8 milyon manatını və ya 30,6%-ni qida və içkilər, 169,9 milyon manatını və ya 45,7%-ni metallurgiya sənayesi məhsullar təşkil edib.2020-ci ildə Gəncə şəhərində sənayenin vəziyyəti haqqında məlumatlar açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsindən Marja-ya verilən məlumata görə, Gəncə şəhərində traktor, yük avtomobili və kənd təsərrüfatı texnikası, elektron və mexaniki su sayğacları istehsalı müəssisələri fəaliyyət göstərir.
2020-ci ildə Gəncə şəhərinin sənaye müəssisələri və fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 371,5 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir.
Sənayedə muzdla çalışan 4939 nəfər işçiyə verilən orta aylıq əməkhaqqı 563,2 manat təşkil etmiş və əvvəlki ilə nisbətən 7,5 faiz artmışdır. Dövlət sənaye müəssisələrində işçilərin orta aylıq əmək haqqı 572,0 manat, qeyri-dövlət sektorunda 554,7 manat təşkil etmişdir.
Emal sektorunun müəssisələri tərəfindən 346,1 milyon manatlıq (304,5 milyon manatlıq qeyri-dövlət sektoru tərəfindən) məhsul istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Bundan 97,9 milyon manatlıq qida məhsulları istehsalı, 15,9 milyon manatlıq içki, 169,9 milyon manatlıq metallurgiya sənayesi məhsulları, 40,3 milyon manatlıq avtomobil, qoşqu və yarımqoşquların istehsalı və 22,1 milyon manatlıq sair məhsulların istehsalı təşkil etmişdir. İl ərzində 80194,5 ton un, 1176,9 ton makaron, 240,9 min dekalitr araq, 134,4 min dekalitr şərab, 300 ədəd traktor, 112 ədəd MAZ yük avtomobili, 50 ədəd taxılyığan kombaynlar və 19 ədəd sair qoşqular, 13052 ədəd elektron, 133310 ədəd mexaniki su sayğacı istehsal edilmişdir.
Elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun müəssisələri tərəfindən 2020-ci il ərzində 17,3 milyon manatlıq, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 7,8 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
20 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 16 saat sonra
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 7 saat əvvəl
-
20 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
23 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























