Sığorta haqlarının 80%-i 5 şirkətin payına düşür
Bu ilin yanvar ayında Azərbaycanda toplanılmış 104 milyon 11 min manat sığorta haqqının 82 milyon 941 min manatı və yaxud 79,8%-i 5 sığorta şirkətinin payına düşüb.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, həmin şirkətlər "PAŞA Sığorta" (51 milyon 226 min manat), "PAŞA Həyat Sığorta" (16 milyon 451 min manat), “İpək Yolu Sığorta” (6 milyon 149 min manat), “Qala Sığorta” (5 milyon 879 min manat) və "Atəşgah Sığorta" (3 milyon 236 min manat) ASC-lərdir.
İl ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə “Rəvan Sığorta” (0 manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (14 min manat), "Naxçıvan Sığorta" (123 min manat), “Bakı Sığorta” (164 min manat) və “Xalq Həyat Sığorta” (360 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 661 min manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 0,6%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi yığımları isə 20,409 milyon manat (19,6%) təşkil edib.
Sığorta ödənişlərinin 93%-i 5 şirkətin payına düşür
Bu ilin yanvar ayında Azərbaycanda həyata keçirilmiş 56,841 milyon manat sığorta ödənişinin 52,95 milyon manatı və yaxud 93,2%-i 5 sığorta şirkətinin payına düşüb.
Həmin şirkətlər "PAŞA Həyat Sığorta" ASC (24,8 milyon manat), Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 15 milyon 517 min manat), eləcə də "PAŞA Sığorta" (7 milyon 482 min manat), "Atəşgah Həyat Sığorta" (3 milyon 645 min manat) və “Xalq Sığorta” (1 milyon 506 min manat) ASC-lərdir.
İl ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (0 manat), “İpək Yolu Sığorta” (1 min manat), "Rəvan Sığorta" (9 min manat), “Naxçıvan Sığorta” (24 min manat) və “Bakı Sığorta” (27 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 61 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,1%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi ödənişləri isə 3,83 milyon manat (6,7%) təşkil edib.
"Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
1 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
-
-
1 saat əvvəl
Tramp: “İrana qarşı hərbi əməliyyatın ‘böyük dalğası’ hələ başlamayıb”
-
7 saat əvvəl
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
8 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: İran razılığa gəlmək istəyir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
Ən çox oxunanlar
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi





















