6 bankın ötənilki əməliyyat gəlirləri 100 milyon manatdan çox olub - SİYAHI
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 6-nın ötənilki əməliyyat gəlirləri 100 milyon manatdan çox olub.
Bunlar “Kapital Bank” (656,623 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (531,634 milyon manat), “PAŞA Bank” (313,395 milyon manat), “Xalq Bank” (130,955 milyon manat), “Unibank” (118,522 milyon manat) və “Access Bank”dır (103,77 milyon manat).
Qalan 20 bankdan 5-də əməliyyat gəlirləri 50-100 milyon manat arasında, 13 bankda 10-50 milyon manat arasında, 2 bankda isə 10 milyon manatdan az olub.
5 bankın əməliyyat gəlirləri azalıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 11-nin ötənilki əməliyyat gəlirləri əvvəlki ilə nisbətən çox olub.
Bunlar Pakistan Milli Bankının Bakı filialı, “Naxçıvan Bank”, “Bank of Baku”, “Rabitəbank”, “Kapital Bank”, “PAŞA Bank”, “Zıraat Bank Azərbaycan”, “Bank VTB Azərbaycan”, “Bank BTB”, “Turan Bank” və “Xalq Bank”dır.
Ən yüksək dinamika Pakistan bankında (40,2%), ən aşağı dinamika isə “Xalq Bank”da (0,5%) qeydə alınıb.
Qalan 15 bankın isə əməliyyat gəlirləri azalıb. Ən çox azalma “Unibank”da (22,2%), ən az azalma isə “Express Bank”da (0,1%) qeydə alınıb.
“Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyunun 28-də gözlənilən hava şəraiti
“Neqodnı” olan vətəndaşlara çağırış edirəm: "Vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək"
Qızıl gətir, sərfəli kredit götür!
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ən çox oxunanlar
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı



























