Standard Insurance-ın avtomobilləri satıldı
Ləğvetmə prosesində olan ASC Standard Insurance sığorta şirkətinin Ləğvetmə komissiyasından Marja-ya daxil olmuş məlumata görə, 11 yanvar 2021-ci il tarixdə Ləğvetmə prosesində olan ASC Standard Insurance sığorta şirkətinin əmlkalarının satışı ilə bağlı növbəti hərrac keçirilmişdir. Hərracda LADA NİVA və HYNDAI ACCENT markalı iki nəqliyyat vasitəsi satışa çıxarılmışdır.
LADA NİVA markalı nəqliyyat vasitəsini almaq üçün iddialı iki şəxslər Nəzərov Emin Rzaqulu oğlu və Hüseynov Elçin Yavuz oğlu iştirak etmişlər. 5 130 AZN ilkin satış qiyməti ilə başlanmış hərrac 5 630 AZN satış məbləği ilə tamamlanmışdır. 500 manatlıq qiymət artışı ilə Hüseynov Elçin Yavuz oğlu hərracın qalibi olmuşdur. Nəzərinizə çatdırırıq ki, təmirə ehtiyacı olan bu nəqliyyat vasitəsi 2012-ci il istehsalıdır.
HYNDAI ACCENT markalı nəqliyyat vasitəsinin hərracında isə üç iddiaçı, Nəzərov Emin Rzaqulu oğlu, Hüseynov Elçin Yavuz oğlu və Həsənli Qulam Hikmət oğlu iştirak etmişlər. 5 dəfə 500 manatlıq hərrac addım ilə qiymət artırılmış və nəticədə ilkin satış qiyməti 9 900 AZN olan nəqliyyat vasitəsi 12 400 AZN qiymətə satılmışdır. Hərracın qalibi Hüseynov Elçin Yavuz oğlu olmuşdur. Nəzərinizə çatdırırıq ki, əsaslı təmirə ehtiyacı olan bu nəqliyyat vasitəsi 2012-ci il istehsalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 49 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
-
1 saat əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
1 saat əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 1 saat əvvəl
-
2 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Ən çox oxunanlar
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib



















