"Dünən Sərhəd Xidmətinin rəisi mənə məlumat verib, dəhşətli bir mənzərədir"
"Ermənilər nə qədər çalışsalar da, orada məskunlaşma apara bilməmişlər. Çünki onların canlı resursları yoxdur. Bir də azad edilmiş torpaqlarda ki, ermənilər yaşayıb, mən orada olmuşam. Onlar elə gündə yaşayıblar ki, adam baxanda vallah dəhşətə gəlir. Məşhur Şurnux kəndi var ki, ermənilər bizim torpaqlarımızda yaşayıblar, indi onlar oradan çıxarılıbdır. Dünən Sərhəd Xidmətinin rəisi mənə məlumat verib, dəhşətli bir mənzərədir. Elə bil it damıdır. Deyirəm ki, çəkin bunu".
Marja xəbər verir ki, bunu yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib.
Prezident "İndi jurnalistlər göndərilib" deyərək çıxışına belə davam edib:
"Çəkin göstərin, qoy görsünlər bunlar nə gündə yaşayıblar. Çünki resurs olmayıb, istək olmayıb, canlı resurs olmayıb. Bir də ki, onlar heç vaxt bu torpaqları öz torpaqları kimi qəbul etməyiblər. Əks-təqdirdə, - onların ən çox yaşadıqları Şuşa şəhəri olubdur, - Şuşa şəhəri belə acınacaqlı vəziyyətdə olmazdı. Əgər onlar tarixi saxtalaşdıraraq Şuşa şəhərini bütün dünyaya erməni şəhəri kimi təqdim etməyə çalışıblarsa, heç olmasa, oraya əl gəzdirərdilər. O separatçı qurumun rəhbərləri özləri üçün imarətlər tikiblər. Erməni oliqarxlar imarətlər tikiblər. Amma onlardan başqa bir dənə də müasir tikinti yoxdur. Bizim tarixi-memarlıq abidələrimizi dağıdıblar".
Həmçinin oxu
Prezident müşavirə keçirdi - TAM VERSİYAMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
10 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 5 saat sonra
-
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 17 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















