“Azerfon”un Baş icraçı direktoru ən zəkalı abituriyentlərə hədiyyələr təqdim edib
(®️) “Nar” hər il olduğu kimi bu il də ali məktəblərə daxil olmaq üçün qəbul imtahanları zamanı ən yüksək nəticə göstərərək 700 bal toplamış abituriyentləri mükafatlandırdı. Builki qəbul imtahanında 700 bal toplamış Əziz Kərimli və Hüseyn Abdullayevə mobil operator tərəfindən müasir smartfonlar, “Nar” nömrəsi və zənglər üçün ödənişsiz balans təqdim edilib.
İlin ən uğurlu və ən zəkalı abituriyentlərinə hədiyyələri “Azerfon”un Baş icraçı direktoru Qunnar Panke təqdim edib. Cənab Q.Panke hər iki gənci təbrik edib və gələcək karyeralarında uğurlar arzulayıb: “Qəbul imtahanları zamanı 700 bal toplamış abituriyentləri mükafatlandırmaq “Nar” üçün artıq ənənəyə çevrilib. Bu il qəbul imtahanlarında iştirak etmiş minlərlə gənc arasında ən böyük uğuru yalnız ikinizin qazanması sizin üçün bir stimul olacaq. Düşünürəm ki, sizin kimi dəyərli, savadlı və zəhmətkeş gənclər gələcəkdə yaxşı mütəxəssis olacaq. Bundan sonrakı həyatınızada böyük uğurlar qazanacağınıza, eləcə də dünyagörüşünüzü və bacarıqlarınızı daha da inkişaf etdirməklə cəmiyyətə böyük fayda verəcəyinizə inanıram”.
Qeyd edək ki, ən yüksək nəticə göstərmiş abituriyentlərin mükafatlandırılması tədbirinə bu il də Modern.az İnformasiya Agentliyi informasiya dəstəyi verib. Xatırladaq ki, “Nar” 2017-ci ildə ali məktəblərə qəbul imtahanları zamanı ən yüksək nəticə göstərərək 700 bal toplamış 15, 2018-ci ildə isə 29 abituriyenti mükafatlandırmışdı.
Qeyd edək ki, təhsil, maariflənmənin inkişafı, gənclərdə oxumaq həvəsi oyatmaq “Nar”ın KSM strategiyasının ən vacib istiqamətlərindən biridir. Mobil operatorun həyata keçirdiyi layihələr haqqında ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 1 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
7 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
7 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
7 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib






.jpg)
.jpg)







.jpg)

