“PAŞA Sığorta” “Audatex Azərbaycan” şirkəti ilə əməkdaşlığı genişləndirdi
Məqsəd xidmət səviyyəsinin yüksəldilməsidir.(®️) Müştərilərin gözləntilərini anlamaq, onların sığorta təcrübəsini sadə və etibarlı etmək “PAŞA Sığorta” şirkəti üçün öndə olan məqsədlərdəndir. Şirkət daim müştəri məmnumiyyətini yüksəltmək üçün beynəlxalq təcrübələrə əsaslanır və qlobal şirkətlərlə əməkdaşlıq edir. Bu istiqamətdə növbəti addım avtomobil üzrə sığorta hadisəsi nəticəsində dəymiş zərərlərin qiymətləndirilməsi prosesinin optimallaşdırılması və sürətləndirilməsidir.
Bu məqsədlə “PAŞA Sığorta” zərərlərin qiymətləndirilməsi sahəsində çox geniş məlumat bazasına sahib və süni intellekt vasitəsi ilə məlumatları emal etməklə müxtəlif müasir həllər təqdim edərək bu sahədə öz uğulu mövqeyini təsdiqləmiş Solera şirkətinin Azərbaycandakı təmsilçisi Audatex şirkəti ilə iyul ayından başlayaraq əməkdaşlığını genişləndirmişdir.
Belə ki, “PAŞA Sığorta” şirkətinin idarə heyətinin üzvü Aygün Ömərovanın sözlərinə görə Audatex şirkəti ilə əməkdaşlıq nəticəsində təqdim olunan elektron platforma vasitəsi ilə beynəlxalq avtomobil istehsalçılarının mövcud meyarlarına əsaslanaraq müştərilərin avtomobillərinə dəyən zərərləri keyfiyyət standardlarına uyğun, tam şəffaf və daha sürətli qaydada qiymətləndirmək imkanı yaranacaqdır.
Qeyd edək ki, hal hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 16 d. əvvəl
-
- 30 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
-
2 saat əvvəl
Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Hind rupisinə zərbə: Tarixi minimumda
10-dan çox neft tankeri İran tərəfindən vurulub
Azərbaycan neftinin son qiyməti
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
“PAŞA Həyat Sığorta”da yeni təyinat
Ən çox oxunanlar
SEPAH: İran Hörmüz boğazına tam nəzarət edir
Rəsmi məzənnələr açıqlandı

























