27 mindən çox vergi ödəyicisi dövlətdən pul istədi
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, 14 aprel tarixinə İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş 10 min 914 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 16 min 502 fərdi (mikro) sahibkar, cəmi 27 min 416 vergi ödəyicisi müraciət edib.
İqtisadiyyat Nazirliyindən Marja-ya daxil olmuş məlumata görə, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi layihəsi çərçivəsində müraciət etmiş 10.914 vergi ödəyicisində çalışan muzdlu işçilərin sayı 124 min 510 nəfərdir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bu müraciətlərdən 78 min 68 işçini əhatə edən 8 min 487 vergi ödəyicisinin müraciətləri araşdırılaraq təsdiq edilib və ayrılacaq maliyyə vəsaitinin vergi ödəyicilərinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Bu proqram üzrə indiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 33 milyon 780 min manat, o cümlədən 1-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 16,9 milyon manat təşkil edir. Aprelin 13-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 2 min 636 vergi ödəyicisinə 24 min 463 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 5 milyon 310 min manat vəsaitin köçürülməsi təmin edilib.
Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 16 min 502 vergi ödəyicisindən müraciət daxil olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 15 min 689 müraciət araşdırılaraq təsdiq edilib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Bu proqram üzrə indiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 15 milyon 480 min manat təşkil edir. Aprelin 13-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən maliyyə dəstəyi çərçivəsində 3 milyon 530 min manat vəsaitin 3 min 41 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.
Muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üzrə hesabat (14.04.2020 il tarixinə) | |
Tədbirin icrası üzrə nəzərdə tutulmuş vəsaitin məbləği | 215,0 milyon manat |
Müraciət etmiş vergi ödəyicilərinin sayı
Vergi ödəyiciləri üzrə muzdlu işçilərin sayı | 10.914 vergi ödəyicisi
124.510 nəfər |
Maliyyə dəstəyinin məbləği
o cümlədən, 1-ci ay üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin məbləği (50%) | 33.780,4 min manat
16.890,2 min manat |
Faktiki ödəniş edilmiş vergi ödəyicilərinin sayı | 2.636 vergi ödəyicisi |
Həmin vergi ödəyiciləri üzrə muzdlu işçilərin sayı | 24.463 nəfər |
Ödənilmiş vəsaitin məbləği | 5.317,7 min manat |
Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyiüzrə hesabat (14.04.2020 il tarixinə) | |
Tədbirin icrası üzrə nəzərdə tutulmuş vəsaitin məbləği | 80,0 milyon manat |
Müraciət etmiş vergi ödəyicilərinin sayı | 16.502vergi ödəyicisi |
Müraciəti araşdırılmış vergi ödəyicilərinin sayı
Maliyyə dəstəyinin məbləği | 15.689 vergi ödəyicisi
15483,7 min manat |
Faktiki ödəniş edilmiş vergi ödəyicilərinin sayı | 3.041 vergi ödəyicisi |
Ödənilmiş vəsaitin məbləği | 3.530,9 min manat |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
-
16 saat əvvəl
“Sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir” -BƏYANATLAR
-
-
19 saat əvvəl
“Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir“
- 19 saat əvvəl
-
20 saat əvvəl
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
-
1 gün əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
1 gün əvvəl
Azercell Avtonom Şəbəkələr üzrə qlobal təşəbbüsə qoşulan regionun ilk operatoru oldu
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Xırdalanda qurulan VİDAL Özəl Sənaye Məhəlləsi diqqət çəkir
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
Bank of Baku-dan 1 milyon ağac hədəfinə dəstək
Bakıda Atatürk və Atena parkları birləşdirilir - FOTOLAR
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Xalq Bank ağacəkmə askiyasında iştirak etdi
AZAL Naxçıvan biletlərini öncədən əldə etməyi tövsiyə edir













.jpg)









