“AzerGold” iri yatağın istismarında dünya nəhəngilə əməkdaşlıqda maraqlıdır
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədr müavini Xəyyam Fərzəliyevin rəhbərliyi ilə nümayəndə heyəti dünya bazarında ən böyük özəl metal tədarükçüsü olan Trafigura şirkətinin dəvəti əsasında İspaniya Krallığında səfərdə olub.
QSC-dən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, səfərin məqsədi MATSA (Minas de Aguas Teñidas) yatağı ilə tanışılıq, dağ-mədən sahəsində tətbiq olunan qabaqclıq texnologiyanın öyrənilməsi və işgüzar əlaqələrin genişləndirilməsindən ibarətdir.
Səfər çərçivəsində Huelva şəhərində yerləşən MATSA mədəninə baxış keçirilib, mis, sink və qurğuşun konsentratlarının istehsal prosesini izlənilib.
Cəmiyyətin nümayəndələri daha sonra şirkətin dağ-mədən sahəsində mövcud maddi-texniki bazası, eləcə də fabrik və laboratoriyada yaradılan şəraitlə tanış olublar.
Keçirilən ikitərəfli görüşdə MATSA polimetal yatağının Balakən rayonunda yerləşən Filizçay yatağı ilə oxşar cəhətlərə malik olduğu bildirilib.
Qeyd olunub ki, bu yataq filiz ehtiyatlarının həcminə görə Avropanın ən iri yataqlarındandır və dünya üzrə polimetal yataqlarının ilk onluğuna daxildir. “AzerGold” QSC-nin bu yatağı yaxın gələcəkdə istismara verəcəyini nəzərə alaraq, Trafigura şirkəti ilə işgüzar əlaqələrin genişləndirilməsinin səmərəli əməkdaşlıq üçün mühüm töhfələr verə biləcəyi vurğulanıb.
Qeyd edək ki, Trafigura dağ-mədən sahəsilə yanaşı, korbohidrogen məhsullarının satışı və logistika sahəsində də fəaliyyət göstərir. Şirkətin mədənçilik qanadı olan “Trafigura Mining Group” mədən əməliyyatlarını idarə edir, əlvan metal filizi yataqlarının öyrənilməsi, geoloji kəşfiyyat, mövcud və potensial layihələrin texniki auditi ilə məşğul olur. Müəssisənin ən böyük mədən sahəsi olan MATSA yatağının istismarına 1997-ci başlanılıb. Hasilat Birləşmiş Ərəb Əmirliklərinin Mubadala İntevestiya şirkəti ilə ortaq fəaliyyət çərçivəsində aparılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir keçirib
- 20 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Sabah axşama doğru şimal və qərb rayonlarından başlayaraq hava şəraiti dəyişəcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Avtobus marşrutları üzrə müsabiqələrin qalibləri məlum oldu - SİYAHI
Son Xəbərlər
“Xəyal Adası” mənfəəti xəyal edir - ZƏRƏRDƏN ÇIXA BİLMƏYİB
Bankların kredit portfelinin artım tempi sürətlənib
Dövlət şirkətində 133 milyon manatdan çox zərər yığılıb
BOKT-ların xalis mənfəəti 2,5 dəfə azalıb
AFB Bank: İstiqrazlara yüksək tələbat olub
Ən çox oxunanlar
İmişlidə 33 milyon manatlıq zavod istifadəyə verildi
Avtobus marşrutları üzrə müsabiqələrin qalibləri məlum oldu - SİYAHI
Su filtrlərinin istehsalı müəssisəsi fəaliyyətə başlayıb - PREZİDENT MÜƏSSİSƏDƏ OLUB
Prezident “Azera Toxumçuluq” şirkətinin müəssisəsində oldu
İlham Əliyev Sabirabadda - aqrokimyəvi vasitələrin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub












.jpg)






.jpg)




