Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Rubl koronavirus səbəbilə ucuzlaşıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rubl koronavirus səbəbilə ucuzlaşıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yeni növ koronavirus epidemiyasının Çin xaricindəki ölkələrdə də yayılmağa başlaması ilə əlaqədar olaraq Rusiya rublu və birjası düşüb. 

 

Marja xəbər verir ki, koronavirus epidemiyasının müxtəlif ölkələrdə də yayıldığına dair xəbərlərin ardından, Rusiya rublu dollar qarşısında 2,18% dəyər itirərək 65,12 səviyyəsini, avro qarşısında da 2,24% düşərək 71,09 səviyyəsini görüb.

 

Moskva Birjası (MICEX) indeksi 1,26% dəyər itirərək 3066 bəndə, RTS indeksi 2,1% azalaraq 1492 bəndə qədər geriləyiblər. 

 

Analitiklər, koronavirusun Çin xaricindəki ölkələrə də sıçramasının ardından, fərqli ölkələrdə də karantin tətbiqlərinin ola biləcəyi narahatlığı ilə sərmayəçilərin risk iştahının azaldığına işarə edirlər.

 

Rusiya ən böyük ticarət ortaqlarından Çinlə sərhədini bağlamış, Çin vətəndaşlarına viza verməyi dayandırmışdır.

25.02.2020 12:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18