Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Azərsun Holdinq” COP29-un nəticələrini rəhbər tutaraq innovativ yanaşmalar tətbiq edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərsun Holdinq” COP29-un nəticələrini rəhbər tutaraq innovativ yanaşmalar tətbiq edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda və regionda ərzaq sənayesinin liderlərindən olan  “Azərsun Holdinq” kənd təsərrüfatı, qeyri-qida və qida istehsalında iqlimə uyğun, innovativ və dayanıqlı yanaşmaları dəstəklədiyini bəyan edib.  

Reklam_3_11

Bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin ikinci günündəki çıxışında “Azərsun Holdinq”in baş direktoru Savaş Uzan bildirib.

Baş direktor qeyd edib ki, şirkət artıq bir neçə ildir ki, səmərəli suvarma sistemləri, bio-gübrələrin istifadəsi, torpağın minimal pozulması və dron texnologiyalarının tətbiqi kimi müasir aqrotexniki üsulları geniş şəkildə tətbiq edir: “Bu istiqamətdə qurduğumuz innovativ sistemlər və alternativ enerji mənbələri, dayanıqlı kənd təsərrüfatına keçidi daha da sürətləndirir ”.

Kiçik və orta fermer təsərrüfatları ilə əməkdaşlığın önəmindən danışan Savaş Uzan holdinqin həmin fermerlərlə daha dayanıqlı, dözümlü dəyər zənciri qurmağa çalışdığını vurğulayıb. O həmçinin qurulan əməkdaşlıqların dayanıqlı təsərrüfat metodlarının təşviqinə, yerli iqtisadiyyatın gücləndirilməsinə və aqrar biliklərin paylaşılmasına xidmət etdiyini bildirib.

“Azərsun Holdinq” məhsullarının “Made in Azerbaijan” yazısı ilə beynəlxalq arenada nümayiş edilməsinin unikal imkanlar yaratdığını qeyd edən baş direktor bu addımın yerli məhsulların həm keyfiyyət, həm də dayanıqlılıq göstəricisinin yüksək olduğundan irəli gəldiyini deyib.

O həmçinin qeyd edib ki, şirkət COP29-un nəticələrini rəhbər tutaraq innovativ yanaşmaları tətbiq edir və tərəfdaşlarla birgə fəaliyyət göstərməklə genişmiqyaslı təsir yaratmağa çalışır.

AzərsunHoldinq kəndtəsərrüfatı ərzaqsənayesi qeyri-qidaistehsalı qıdaistehsalı iqliməuyğun innovativ dayanıqlı BakıİqlimFəaliyyətiHəftəsi SavaşUzan suvarmasistemləri bio-gübrələr torpağınminimalpozulması drontexnologiyaları alternativenerji dayanıqlı kəndtəsərrüfat kiçikfermer ortafermer dəyərzənciri dayanıqlı təsərrüfat metodları yerli iqtisadiyyat aqrar biliklər MadeinAzerbaijan beynəlxalqarena keyfiyyət COP29 tərəfdaşlıq genişmiqyaslı təsir
01.10.2025 13:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18