Azərbaycanda foreks əməliyyatları üzrə yeni qaydalar qüvvəyə minib

Maliyyə Bazarlarına Nəzarət Palatası “Qiymətli kağızlar bazarında marja ticarətinə dair Qaydalar”ına dəyişikliklər edib. (Marja ticarəti – foreks (forex) əməliyyatları).
“Marja” xəbər verir ki, ən mühüm dəyişikliklərdən biri kredit çiyni nisbətinin məhdudlaşdırılmasıdır.
“Marja”nın məlumatına görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının Departament rəhbəri Samir İsmayılov “Azərbaycan” televiziyasında bildirib ki, Palata foreks əməliyyatlarında yeni investorlar üçün maksimum kredit çiyini həddini 1:30 səviyyəsində müəyyən edib:
“Foreks əməliyyatları çox riskli hesab olunur. Buna görə foreks əməliyyatlarının tənzimlənməsi zəruridir. Yenilənmiş qaydalar ilə, investisiya şirkətləri tərəfindən investorlara ayrılan kredit çiyni məhdudlaşdırılır. İndiyədək belə məhdudiyyət yox idi. İnvestor 1000 ABŞ dolları məbləğində vəsaitini investisiya edərək 100 min ABŞ dolları məbləğində əməliyyatlar həyata keçirə bilirdi. Bu isə o demək idi ki, investor vəsaitini çox kiçik volatillik halında və çox qısa müddətdə itirirdi. Bu risklərdən qorunmaq üçün beynəlxalq təcrübəyə uyğun olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası foreks əməliyyatlarında kredit həddini 1:30 həddində müəyyən edib. 1:30 həddi investorları risklərdən qoruyur”.
Qaydalara görə,institutsional investorlara və peşəkar investorlara investisiya şirkəti tərəfindən 1:50 nisbətinə kimi kredit həddi müəyyən edilə bilər.
İnstitusional investorlar – investisiya şirkətləri, investisiya fondları, kredit təşkilatları, sığortaçılar, mərkəzi banklar və s. Peşəkar investorlae isə marja ticarəti üzrə ən azı 2 il təcrübəsi olan və müştəri hesabında 100 min manat və ya onun ekvivalentində xarici valyutada pul vəsaiti olan şəxslərdir.
Qeyd edək ki, indiyədək investorlar ən çox 1:100 kredit çiynindən istifadə edərək əməliyyatlar aparırdılar.
Digər bir dəyişikliyə görə, investisiya şirkəti investorları əməliyyatlara başlamadan əvvəl bu əməliyyatdan irəli gələn risklər ilə tanış etməlidir. Eyni zamanda, investorlar ilk öncə təlim (demo) hesabında əməliyyatlar aparmalıdırlar.
Yeni qaydalar 04 Oktyabr 2019-cu il tarixində qüvvəyə minib. Qaydalar ilə ətraflı buradan tanış ola bilərsiniz.
Məlumat üçün bildirək ki, kredit çiyni (kredit dəstəyi) - foreks əməliyyatlarında yatırım investisiyasından dəfələrlə artıq həcmdə ticarət əməliyyatlarının icrasına imkan yaradan sistemdir. Məsələn, foreks ticarətinə qoşulan şəxsin öz vəsaiti 1:50-yə kredit çiyni ilə 50 dəfə, 1:100-ə kredit çiyini ilə 100 dəfə artırılır. 1000 dolları olan investor bu sistem ilə beynəlxalq valyuta bazarında 100 min dollarlıq alış və satış əməliyyatları apara bilir. Palatanın qaydalarına görə, Azərbaycanda foreksə qoşulanların yatırımının investisiya şirkətləri tərəfindən ən çox 30 dəfə artırılmasına icazə veriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
10 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
