"Az Smart" istifadəsi rahat yeni nəsil kassa aparatları təklif edir
(®) Mərhələli şəkildə sahibkarlıq subyektlərində yeni nəsil nəzarət-kassa aparatları (NKA) tətbiq olunur. 2020-ci ilin 1 yanvar tarixinədək ƏDV ödəyicilərinin pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə təsərrüfat subyektlərində NKA-ları quraşdırılmalıdır.
NKA ÜÇÜN HARA MÜRACİƏT EDİLMƏLİDİR?
Ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi üzrə fəaliyyət göstərən qabaqcıl fiskal həll təminatçılarından biri də “AZ Smart” şirkətidir. Yeni nəsil NKA operatoru kimi rəsmi qeydiyyatdan keçmiş şirkətlərdən biri olaraq “Az Smart” şirkəti hazırda iki növ kassa aparatını sifarişçilərə təqdim edir – bunlar yalnız nəğd ödənişlər üçün nəzərdə tutulan “AZ Smart Mobile” kassaları və həm nəğd, həm də ekvayrinq (bank kartı) üsulu ilə ödəniş qəbul edən “AZ Smart Bank” kassa aparatlarıdır. Təyinatından göründüyü kimi, hər iki kassa aparatının özünəməxsus istifadəçi auditoriyası var və bu baxımdan “AZ Smart” şirkətinin təqdim etdiyi NKA-lar bazarda çevikliyinə görə özünəməxsus yer tutur.
“AZ Smart” şirkətinin təqdim etdiyi yeni nəsil nəzarət-kassa aparatları onları bazarda mövcud olan analoqlarından üstün mövqeyə çıxaran bir sıra üstünlüklərə malikdir. Bunlardan ən başlıcası bu NKA-ların operatoru olan “AZ Smart” şirkətinin istifadə etdiyi biznes-modelin effektivliyidir – belə ki, şirkət əməkdaşlıq etdiyi əcnəbi NKA istehsalçısı ilə qurduğu səmərəli işgüzar münasibətləri sayəsində yerli bazarda müştərilərinə daha çevik və onların ehtiyaclarına uyğun xidmət göstərmək imkanına malikdir. Belə ki, yerli bazarda “AZ Smart” brendi altında təşviq edilən nəzarət-kassa aparatları məhz sifarişçinin istək və ehtiyaclarına çevik şəkildə uyğunlaşdırıla və təhvil verilə bilir.
Bundan əlavə əminliklə demək olar ki, “AZ Smart” şirkətinin nəzarət-kassa aparatları həm texniki-proqram xüsusiyyətlərinə, həm də bundan irəli gələn istifadəçi rahatlığına görə də rəqabətdə önə çıxır. Geniş imkanlar təqdim edən Android əməliyyat sistemi üzərində işləməsi, avtomatlaşdırılmış ERP sistemlərini inteqrasiya etməyə və daxili anbar uçotunu təkmilləşdirməyə imkan verən proqram təminatının mövcudluğu, fasiləsiz rejimdə fəaliyyət göstərən çağrı mərkəzi və texniki dəstək xidməti, eləcə də hər miqyasda biznesin ehtiyaclarına uyğun təyin edilmiş qiymət siyasəti “AZ Smart” yeni nəsil NKA-larını səciyyələndirən üstünlüklərdəndir. Beləliklə, “AZ Smart” şirkətinin nəzarət-kassa aparatlarından istifadə edən sahibkarlar öz bizneslərinin qabaqcıl fiskal həllər əsasında fəaliyyət göstərməsindən əmin ola və təcrübədə bunun verdiyi üstünlüklərdən rahatlıqla faydalana bilərlər.
Yeni nəsil NKA-lar vasitəsilə aparılan kassa-uçot əməliyyatları barədə məlumatların real zaman rejimində avtomatik olaraq Vergilər Nazirliyinin informasiya sistemlərinə ötürülməsi vergi orqanlarının sahibkarın vəziyyəti barədə davamlı şəkildə məlumatlı olmasını təmin edəcək, bu isə, öz növbəsində, sahibkarların öz fəaliyyətini daha operativ və çevik təşkil etməsinə şərait yaradacaq. Eyni zamanda, yeni nəsil NKA-ların təqdim etdiyi avtomatlaşdırılmış proqram təminatının köməyilə sahibkarlar daxili uçot sistemlərini səhmana sala və bundan öz fəaliyyətləri daxilində yararlana biləcəklər.
“AZ Smart” şirkəti haqqında:
“AZ Smart” şirkəti fiskal həllər və biznes proseslərinin avtomatlaşdırılması sahələrində çalışan qabaqcıl xidmət təminatçısıdır. Azərbaycanda əhəmiyyətli layihələrin icrasında yaxından iştirak edən şirkət Avropa və MDB məkanında da zəngin iş təcrübəsinə malikdir. 2019-cu ildə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) operatoru qismində rəsmi qeydiyyata alınmış “AZ Smart” şirkəti hazırda “AZ Smart” brendi altında yeni nəsil NKA-ların ölkədə təşviqi sahəsində fəaliyyət göstərir.
Şirkət haqqında daha ətraflı məlumatla www.azsmart.az veb-saytında tanış olmaq mümkündür.
Ünvan: Bakı, İzmir küç. 23
Telefon: 050 598 17 78
E-poçt: [email protected]


Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)






