İyulda xarici qonaqların üçdə birindən çoxunu ruslar təşkil edib

Dövlət Turizm Agentliyinin yaydığı məlumata görə, 2019-cu ilin iyul ayında Azərbaycana 365 min əcnəbi qonaq səfər edib ki, bu da 2018-ci ilin iyul ayına nisbətdə 10.6% artım deməkdir.
"Marja" məlumata istinadən xəbər verir ki, qonaqların üçdə birindən çoxunu 35%-lə Rusiyadan gələnlər təşkil edib. 2018-ci ilin eyni ayı ilə müqayisədə Rusiyadan 11 min və ya 10% çox qonaq gəlib.
İyul ayı üzrə ən böyük artım Gürcüstandan gələnlər arasında müşahidə olunub, belə ki, ötən ilin eyni ayı ilə müqayisədə 12 min və ya 26% daha çox xarici vətəndaş gəlib. Bununla da iyul ayında Gürcüstandan gələnlərin sayı 61 min nəfər təşkil edib.
Yaxın Şərq ölkələrindən gələnlərin sayı 7 min və ya 10% azalaraq 60 minə çatıb. Qeyd edək ki, Səudiyyə Ərəbistanından səyahət edənlərin sayı 25% artaraq rekord həddə - 29 minə çatıb.
İraq, BƏƏ, Oman və Küveyt kimi Yaxın Şərqin digər ölkələrində azalma müşahidə olunub. Türkiyə, İran, Mərkəzi Asiya və Cənubi Asiyadan 29, 21, 14 və 12 min nəfər gəlib, artım müvafiq olaraq 6%, 10%, 41% və 25% təşkil edib. Son aylarda olduğu kimi Hindistan (7 min; 81% artım) və Pakistan (5 min; 13% azalma) Cənubi Asiyanın, Qazaxıstan (6 min; 26% artım) və Türkmənistan (6 min; 68% artım) isə Mərkəzi Asiyanın əsas turizm bazarlarıdır.
Cari ilin yanvar-iyul aylarında Azərbaycanı 1.8 milyon xarici səyahətçi ziyarət edib ki, bu da 2018-ci ilin ilk yeddi ayı ilə müqayisədə 122 min və ya 7.4% çoxdur.
Ən böyük artım 76 min və ya 23% daha çox xarici qonaqla Gürcüstandan gələnlərin sayında müşahidə olunub.
Mərkəzi və Cənubi Asiyadan gələn səyahətçilərdə də müvafiq olaraq 39% və 44% artım qeydə alınıb. Ən yaxşı turistik bazarlar sayılan Rusiya və Türkiyədən gələnlərin sayı 4% artıb. Yanvar-iyul dövrü ərzində bu ölkələrdən gələnlərin sayı müvafiq olaraq 542 və 176 min təşkil edib.
Mərkəzi və Cənubi Asiya regionlarının inkişaf etməkdə olan bazarlarında - Türkmənistan və Hindistanda da böyük həcmdə artım mövcuddur. Belə ki, bu ölkələr üzrə artım müvafiq olaraq 81 və 80% qeydə alınıb və ilk yeddi ay ərzində gələnlərin sayı 27 və 33 minə çatıb.
İrandan gələnlərin sayı 23% azalaraq 127 min, Yaxın Şərqdən gələnlərin sayı isə 6% azalaraq 205 min olub.
Qeyd etmək lazımdır ki, yanvar-iyul dövrü ərzində Azərbaycan turizmi üçün ənənəvi xarakter daşımayan Qərbi Avropa ölkələrindən gələnlərin sayı 14 min və ya 25% artaraq 73 min təşkil edib.
Müştərilərin xəbərləri

"Prime Cotton" beynəlxalq uğurlarını artırır - İpliklərinin tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
- 16 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 27 d. əvvəl
- 55 d. əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?
-
17 saat əvvəl
Bankalar Bitcoin üçün il sonu qiymət proqnozlarını artırıblar
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Qızılın qiyməti ilk dəfə 4 000 dolları keçdi

Rəsmi məzənnələr açıqlandı

BOKT-da növbədənkənar yığıncaq keçiriləcək

AFB Bank 13% gəlirlilik təklif edən istiqrazlar təqdim edir

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?
Ən çox oxunanlar

Bankalar Bitcoin üçün il sonu qiymət proqnozlarını artırıblar

Azərbaycan Kredit Bürosunun Baş Direktoru Assosiasiya sədri seçilib

"Prime Cotton" beynəlxalq uğurlarını artırır - İpliklərinin tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi

Bu gün "Ucuz Tesla” modeli təqdim olunacaq

Toyota yüz minlərlə avtomobili geri çağırır: Kamerasında texniki nasazlıq aşkarlanıb
