Yekaterinburq-Bakı istiqamətində uçuşların sayı artırılıb
Rusiyanın Yekaterinburq şəhərinin “Koltsovo” hava limanından Bakıya uçuşların sayı artırılıb.
Xarici KİV-lər xəbər verir ki, bu barədə məlumatı “Koltsovo” hava limanı yayıb.
Məlumata görə, sözügedən hava limanı yaz-yay cədvəlinə keçib: “Belə ki, bu cədvəl oktyabrın sonuna qədər davam edəcək”.
Qeyd edilib ki, yeni mövsümdə Yekaterinburqdan Gürcüstana və Azərbaycana uçuşların sayı artıb.
Rusiyanın “Ural Hava Yolları” şirkəti Yekaterinburq-Bakı istiqamətində uçuşları həyata keçirir.
Heydər Əliyev Beynəlxalq Hava Limanından “Report”a bildirilib ki, “Ural Hava Yolları” martın 31-dən həftənin çərşənbə axşamı, cümə axşamı və bazar günləri Yekaterinburqdan Bakıya uçuşlar həyata keçirir. Bundan əlavə, “İrAir” aviaşirkəti iyundan etibarən həftənin çərşənbə axşamı sözügedən istiqamətdə uçuşlar yerinə yetirəcək.
“Koltsovo” aeroportunun məlumatına görə, Azərbaycanın paytaxtı Ural sakinləri arasında ən populyar turizm istiqamətlərindəndir. 2018-ci ildə bu istiqamətdə 24 min nəfər uçub.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 gün sonra
-
-
10 d. əvvəl
Əhali banklara daha çox valyuta satıb - "Təklif 70 milyon dollar, tələb 54 milyon dollar olmuşdur"
-
16 d. əvvəl
"Uçot dərəcəsindəki dəyişikliklərin kredit və depozit faizlərinə təsiri müşahidə olunub"
-
23 d. əvvəl
Göygöl Şərab Zavodu İsveçrədə keçirilən “Snow Polo World Cup 2026”-da iştirak edib
- 34 d. əvvəl
-
37 d. əvvəl
"Bank sektoru izafi likvidlik şəraitində fəaliyyət göstərib" - 2,9 milyard manat
- 45 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda nağd xarici valyutanın alışı satışını 423 milyon dollar üstələyib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Taleh Kazımov 2026–2027-ci illər üzrə proqnozları açıqladı
Ən çox oxunanlar
Ən çox xarici borcu olan dövlət qurumları
"Yeni depozit və yeni kredit faizlərində azalmalar qeydə alınıb"
Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı - SON DƏQİQƏ
Azərbaycanın xarici dövlət borcu 316,2 milyon dollar azalaraq 4 milyard 813,5 milyon dollara düşüb
























