Ekspert "800", Komitə sədri "400-ə yaxın" deyir
"Bakıda təqribən qeydiyyatsız 800-dən artıq istismara qəbul olunmayan çoxmənzilli bina var"
Bunu Əmlak ekspert mərkəzinin direktoru Ramil Osmanlı bildirib.
“Bütövlükdə nəinki paytaxt Bakıda, həmçinin digər regionlarda da belə binalar var. Bu fərman çoxmənzilli binalar üzrə uzun illərdən bəri yığılıb qalmış qeydiyyat probleminin həllinə birbaşa təkan verəcək. Bilirsiniz ki, bir mənzilin bir neçə nəfərə satılması halları müqavilə ilə satılan mənzillərdə baş verirdi. Sözsüz ki, çıxarış olandan sonra artıq Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında daşınmaz əmlakın dövlət reyestri xidmətində həmin mənzillərin reyestri aparılacaq.Bütün əməliyyatlar notarial qaydada həyata keçiriləcək. Hətta alqı-satqı əməliyyatları zamanı qısa zamanda elektron çıxarışın alınması da mümkündür".
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev bildirib ki, ölkə üzrə istismara qəbul edilməmiş hündürmərtəbəli binaların sayı 400-ə yaxındır.
Fevralın 19-da Prezident İlham Əliyev "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Fərman imzalayıb. Fövqəladə Hallar Nazirliyinin rəsmisi bildirib ki, insan həyatı üçün təhlükənin olduğu binalar istismara qəbul edilməyəcəkdir. Yalnız, torpaqdan istifadə və memarlıq tələblərinin pozulması halları bağışlanacaqdır. Tikinti sahəsinə dair təhlükəsizlik tələblərinin, yanğın təhlükəsizliyi sahəsində norma, standartların və qaydaların tələblərinin pozulduğu binalar istismara qəbul edilməyə bilər.
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib ki, istismara qəbul edilməmiş 400 binadan təxminən 270-nin müsbət rəyləri var:
“Lakin təkcə Fövqəladə Hallar Nazirliyinin qurumlarının müsbət rəy verməsi kifayət deyil. Çünki binalarda layihədən kənarlaşmalar var, torpaq sənədləri qaydasında deyil və ya torpaqlar təyinatı üzrə istifadə edilməmişdir. Tutaq ki, bina kənd təsərrüfatı torpaqlarında və ya sənaye məqsədli torpaqlarda tikilmişdir. Prezidentin bugünkü Fərmanı ilə yalnız memarlıq və torpaqdan istifadə nöqteyi nəzərindən tələblərin pozulmasına aministiya verilir, səhvlər bağışlanır. Fərman ilə təhlükəsizlik ön plana çıxarılır. Təhlükəsizlik tələblərinin pozulması bağışlanmır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















.jpg)


