"GoldenPay"in rəhbərliyi dəyişdi - Fərid İsmayılzadə yeni vəzifə aldı

Hesab.az portalının sahibi "GoldenPay" ASC-nin İdarə Heyətinin sədri dəyişib: Fərid İsmayılzadəni Naina Mehdiyeva əvəz edib.
"Marja" xəbər verir ki, bunu Fərid İsmayılzadə açıqlayıb.
"Azərbaycanın ən böyük onlayn ödəmə şirkəti "GoldenPay"in gələcək inkişafı ilə bağlı bu gün mühüm qərarlar qəbul etdik. Bu gündən etibarən, mən İdarə Heyətinin sədri kimi cari idarəetmə ilə deyil, Müşahidə Şurasının üzvü kimi strateji idarəetmə və inkişaf işlərində fəal iştirak edəcəyəm. İdarə heyətini digər tərk edən üzvü Elvin Mirzayev oldu.
Bundan sonra İdarə Heyəti sədri vəzifəsinə isə çox etibar etdiyim Naina Mehdiyevanı təyin etdik. Naina xanım şirkətdə 11 ildir işləyir və onun inkişafında müstəsna rolu olmuşdur. O bu günədək əməliyyatlar sahəsinə cavabdeh şəxs və İdarə Heyəti sədrinin birinci müavini olub".
İdarə Heyətinə digər yeni təyinat isə Tugba Ucardır. Tuğba xanım ABŞ-da və Türkiyədə aparıcı şirkətlərdə çalışmışdır. Türk Telekom, TTNET və digər tanınmış şirkətlərin marketinq və məhsulların inkişafı bölmələrində aparıcı vəzifələrdə işləmişdir. Hazırda isə GoldenPay-də İdarə Heyəti üzvü kimi məhsulların inkişafı və marketinq sahələrinə cavabdeh olacaq.
Mahammadiya Abdurahimov isə İdarə Heyətinin digər üzvü kimi Texniki işlərlə məşğul olmağa davam edəcəkdir.
"Əziz dostlar, bu dəyişikliklər GoldenPay-in idarəetmə komandasını daha da gücləndirəcək. Biz yaxın vaxtlarda Sizi yeni imkanlar və daha böyük nailiyyətlərlə sevindirəcəyik",- F.İsmayılzadə bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 7 d. əvvəl
- 10 d. əvvəl
-
- 9 saat əvvəl
-
13 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
14 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
15 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
15 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 15 saat əvvəl
-
15 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq
Ən çox oxunanlar

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər
