Azərbaycanın Kart Mərkəzi standartlara cavab verib - AUDİTİN NƏTİCƏSİ
2016-cı ildə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən, ödəniş kartları sahəsinə etimadın yüksəldilməsi və aparılan əməliyyatlarda təhlükəsizliyin daha da artırılması məqsədilə Banklararası Kart Mərkəzi (BKM) yaradılaraq istismara verilmişdir.
Müasir texnoloji nailiyyətlər əsasında yaradılan BKM ölkədə emissiya olunan ödəniş kartları ilə ölkə daxilində aparılan əməliyyatlar üzrə məlumatların emalı prosesinin tam şəkildə ölkə daxilində həyata keçirilməsini və eyni zamanda, ödəniş kartları bazarında səmərəli və çevik tarif siyasətinin tətbiqini təmin edir.
Ölkə qanunvericiliyi ilə yanaşı beynəlxalq təcrübədə də ödəniş kartları üzrə məlumatlar həssas hesab edildiyindən onların emalı, saxlanılması və ötürülməsi ilə məşğul olan təşkilatlara yüksək təhlükəsizlik tələbləri müəyyənləşdirilir.
Bu səbəbdən BKM vasitəsilə ötürülən kart məlumatlarının təhlükəsizliyinə və biznes proseslərin davamlılığına əminliyin yüksəldilməsi məqsədilə sistemin beynəlxalq kart təşkilatları tərəfindən müəyyənləşdirilmiş PCI DSS – “Payment Card Industry Data Security Standards” (ödəniş kartı sahəsində məlumatların təhlükəsizliyi standartları) tələblərinə uyğunluğu üzrə audit həyata keçirilmişdir.
Keçirilmiş audit yoxlamaları nəticəsində BKM infrastrukturunun PCI-DSS v3.2 standartlarının şərtlərinə tam cavab verdiyi təsdiq edilmiş və müvafiq sertifikat təqdim olunmuşdur. Bu barədə "Marja"ya Mərkəzi Bankdan bildirilib.
Qeyd olunan standartlar beynəlxalq kart təşkilatları tərəfindən ödəniş kartı sahəsində risklərin idarə olunması məqsədilə 2006-cı ildən təsis edilmiş “Ödəniş kartı sahəsində təhlükəsizlik standartları Şurası” tərəfindən müəyyənləşdirilmişdir. Hazırda şuranın üzvləri “American Express”, “Discover Financial Services”, “JCB International”, “MasterCard” və “Visa Inc.” kart təşkilatlarıdır.
Şura, ödəniş kartlarında təhlükəsizlik siyasətinin, prosedur və qaydaların qiymətləndirilməsi üçün 12 əhəmiyyətli tələbdən və çoxsaylı direktivləri əhatə edən alt tələblərdən ibarət PCI DSS standartları kimi tanınan təhlükəsizlik standartlarını hazırlamışdır.
Beynəlxalq kart təşkilatlarına məxsus ödəniş kartlarının emissiyası, məlumatların saxlanılması, emalı, ötürülməsi və bu kartlarla aparılmış əməliyyatlar üzrə hesablaşmaların həyata keçirilməsini təşkil edən bank və xidmət mərkəzlərinin PCI-DSS tələblərinə cavab verməsi zəruridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 gün sonra
-
-
14 d. əvvəl
Sony gözləntiləri üstələyən mənfəət artımı açıqlayıb, proqnozunu yüksəldib
- 26 d. əvvəl
- 30 d. əvvəl
-
1 saat əvvəl
“Cahan Holdinq” 2026-cı ildə 340-a yaxın yeni iş yerinin yaradılmasını nəzərdə tutur
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Artıq 6 aydır ki, sülh şəraitində yaşayırıq. Bu, xüsusi bir hissdir"
-
16 saat əvvəl
Bu gün daha 560 ton taxıl Azərbaycandan keçməklə Ermənistana göndəriləcək
- 16 saat əvvəl
-
16 saat əvvəl
SpaceX - xAI müqaviləsindən sonra Maskın xalis sərvəti ilk dəfə 850 milyard dolları keçib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Rəsmi məzənnələr açıqlandı
Qəhvə qiymətləri son 6 ayın ən aşağı səviyyəsini görüb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SpaceX - xAI müqaviləsindən sonra Maskın xalis sərvəti ilk dəfə 850 milyard dolları keçib
"Dedollarizasiya prosesinin sona qədər getməsini istəmirik"
Bank Olmayan Kredit Təşkilatına 17%-lə pul lazımdır - ŞƏRTLƏR
Azərbaycan bankı İslam prinsiplərinə uyğun məhsullarını təqdim edir
PayPal-ın İcraçı direktoru dəyişib

























