Yalnız 260 ədəd istehsal edə bildi
"Tesla", böyük ümidlərlə bazara çıxardığı "Model 3"ün istehsalında plandan geri qalıb.
"Marja" xəbər verir ki, "Model 3"ün istehsalına İyul ayında başlayan "Tesla", bu günə qədər yalnız 220 maşını təhvil verərkən, ümumi istehsalı isə 260 ədəddə qalıb. Ancaq "Tesla"nın Sentyabr ayı üçün istehsal hədəfi 1500 ədəd idi.
"Tesla", Oktyabrdan başlayaraq 2017-ci ilin sonuna qədər isə həftədə 5 min ədəd istehsal etməyi planlaşdırırdı. Ortaya çıxan rəqəmlər, "Tesla"nın bu hədəfinə çatmasının risk altında olduğunu göstərir.
UYĞUN QİYMƏTLİ ELEKTROMOBİL
"Model 3", 35 min dollarlıq başlanğıc qiyməti ilə "Tesla"nın böyük satış rəqəmlərinə çatmağı hədəf seçdiyi elektrikli vasitəsidir. "Model 3" üçün bu gün sifariş verənlər avtomobili almaq üçün 2018-ci ilin ortasına qədər gözləmək məcburiyyətindədirlər.
Digər tərəfdən, "Tesla", üçüncü rübdə 26 min 150 ədədlik istehsal rəqəminə çatıb. Bu vasitələrdən 14 min 65 ədədi "Model S", 11 min 865 ədədi isə "Model X SUV" olub.
SƏHMLƏRİ UCUZLAŞDI
"Tesla"nın istehsalda proqnozdan geri qalması səhmlərinə də mənfi təsir göstərib. Şirkətin səhmləri 2 faiz ucuzlaşıb.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
8 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
-
9 d. əvvəl
“Veysəloğlu” və “Şölen” gələcək biznes imkanlarını müzakirə edib
- 12 d. əvvəl
-
26 d. əvvəl
“Cibpay” və “Multi Solutions” şirkətlərinin ödəniş təşkilatı lisenziyaları ləğv edilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı - ADLARI
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yaponiya və Cənubi Koreya birjaları rekord qırdı, dollar 13 aylıq maksimuma yaxınlaşdı
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
“Veysəloğlu” və “Şölen” gələcək biznes imkanlarını müzakirə edib
Startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı - ADLARI
Apple Intel ilə işləməyə razılaşdıqdan sonra, Intel-in səhmləri 10% bahalaşaraq rekord səviyyəyə çatıb
Yaponiya və Cənubi Koreya birjaları rekord qırdı, dollar 13 aylıq maksimuma yaxınlaşdı
Ən çox oxunanlar
“Gəncə Aqro 2”nin xalis mənfəəti 34% azalıb
Rəsmi məzənnələr açıqlandı
Hörmüzdən 12 milyon barreldən çox neft keçdi, qiymətlər gerilədi
Yen dollar qarşısında 161 səviyyəsini keçib: 40 ilin minimumuna yaxınlaşan məzənnə müdaxilə gözləntilərini artırıb
ABŞ ordusu elan etdi: İranın dəniz blokadası ləğv edildi



























