970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Veysəloğlu” və “Şölen” gələcək biznes imkanlarını müzakirə edib

AzVak-mobil_resmin_ustu_31
“Veysəloğlu” və “Şölen” gələcək biznes imkanlarını müzakirə edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türkiyənin qida sənayesində fəaliyyət göstərən “Şölen Çikolata” şirkətinin Qaziantep şəhərində yerləşən yeni istehsal müəssisəsinin açılış mərasimi keçirilib.

Baş tutan tədbirdə Türkiyə və digər ölkələrdən biznes nümayəndələri, tərəfdaş şirkətlərin rəhbərləri və dəvətli qonaqlar iştirak ediblər. Açılış mərasimində Veysəloğlu Şirkətlər Qrupunun nümayəndə heyəti də iştirak edib.

Tədbirdə Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş direktor Aydın Veysəloğlu, “Veysəloğlu Distribusiya”nın İdarə Heyətinin sədri Bəxtiyar Allahverdi, eləcə də “Şölen” brendinin Azərbaycandakı rəsmi tərəfdaş nümayəndəsi Mustafa Sağlam təmsil ediblər.

“Veysəloğlu” nümayəndə heyəti “Şölen” şirkətinin İdarə Heyətinin sədri İsmayıl Çoban və şirkətin baş direktoru Ərdoğan Çoban tərəfindən qarşılanıb. Görüş zamanı tərəflər arasında mövcud əməkdaşlıq, Azərbaycan bazarında tərəfdaşlıq əlaqələrinin inkişafı və gələcək biznes imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Şölen”in Qaziantepdə istifadəyə verdiyi yeni müəssisəyə 100 milyon ABŞ dolları həcmində investisiya yatırılıb. Sənaye 4.0 texnologiyaları əsasında qurulan zavodda istehsal və logistika proseslərinin avtomatlaşdırılması nəzərdə tutulub.

“Veysəloğlu” nümayəndə heyətinin tədbirdə iştirakı Azərbaycan və Türkiyə biznes dairələri arasında qarşılıqlı əməkdaşlığın inkişafına verilən önəmin ifadəsi kimi dəyərləndirilə bilər.

İş elanları AzVak.az-da

Şölen Çikolata Şölen Veysəloğlu Şirkətlər Qrupu Veysəloğlu Distribusiya Aydın Veysəloğlu Bəxtiyar Allahverdi Mustafa Sağlam İsmayıl Çoban Ərdoğan Çoban Qaziantep zavodu Türkiyə qida sənayesi qida istehsalı yeni istehsal müəssisəsi 100 milyon ABŞ dolları investisiya Sənaye 4.0 avtomatlaşdırılmış istehsal logistika prosesləri Azərbaycan Türkiyə biznes əlaqələri Azərbaycan Türkiyə əməkdaşlığı Şölen Azərbaycan qida sektoru biznes tərəfdaşlığı ixrac imkanları istehsal gücü beynəlxalq bazarlar şokolad istehsalı Türkiyədə investisiya Qaziantep sənayesi
19.06.2026 11:13
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19